Azərbaycan super gəmilər istehsal edəcək - VİDEO

Azərbaycanda ilk dəfə müasir görünüşlü və çoxfunksiyalı sürətli gəmilər istehsal ediləcək. Artıq bunun üçün 4 gəminin texniki və işçi layihələri hazırdır. Bu sürətli gəmilər xüsusi materialla hazırlanacaq.

Xəzər Xəbər-in məlumatına görə, gəmilərdən ikisinin uzunluğu 28 və 35 metr olacaq ki, onlardan yaxta kimi istifadə etmək də mümkün olacaq. Digər iki gəminin uzunluğu isə 14 və 17 metrdir və daha sürətlidir. Amma bu gəmilərdən mülki və idman məqsədi ilə istifadə etmək olar. Xüsusilə turizm sahəsində bu gəmilərə marağın böyük olacağı gözlənilir.

 Bu gəmilər həm sürəti, həm də multifunksianallığı ilə seçildiyindən onlara maraq da kifayət qədər çoxdur. Sifarişçinin istəyindən asılı olaraq, bu gəmilərin üzərinə hətta müxtəlif təyinatlı silahlar da yerləşdirmək olar. Gəmini istehsal edəcək şirkət xüsusilə hərbi gəmilərin istehsalı sahəsində ixtisaslaşıb və onların məhsulu olan gəmilərdən hazırda Azərbaycan silahlı qüvvələrində də geniş şəkildə istifadə edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar