SƏLİM MÜSLÜMOVA YENİ VƏZİFƏ VERİLDİ - "Bu yaxınlarda təyinat alıb"

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb.

Eks-nazirin dostları Modern.az-a bildiriblər ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Bildirilib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.

“Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. Bu yaxınlarda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyinat alıb. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir”.

Milli Aviasiya Akademiyasından da saytımıza eks-nazir Səlim Müslümovun Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində işlədiyini təsdiqlədilər.

Qeyd edək ki, SəMüslümov iqtisad elmləri doktoru, professor elmi titullarına malikdir.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

635x100

Şərhlər

Raqib 2018-09-28 08:33:53

Deməli Müslümovu qorumaya götürdülər.Bəs onun yeyintiləri,villalar,obyektlər?

--- 2018-09-28 08:33:53

Azərbaycanın adını dəyishib Əyləncəli Sürprizlər Respublikası qoymaq lazımdır. Bizə cox yarasır.

Xəlil 2018-09-28 08:33:53

Təzadlar ölkəsində yaşamağa məhkum olmuşuq.Nə idarəçiliyin qanunu var,nə qanunun idarəçiliyi.

İşsiz 2018-09-28 08:33:53

S.Müslümov BAXCP-a keçsə onu yenidən yüksak vəzivələrdə görə biləcəyik.İqtidar bizim kadrlarınızı bəyənir.

İ.Mustafaoğlu 2018-09-28 08:33:53

İmkanlı şəxslərə iş problemi yoxdur ? Əgər cinayəti olmaseydi nazir postundan uzaqlaşmazdı, ona görə ki, o arxalı adamdır,öz postunu saxlaya bilərdi ? Arxasız adam öz postunu saxlamaq iqtidarında olmayır,onu şəxsi maraqlar naminə lakələyərək işdən azad edirlər. Səlim Müslümovun yenidən vəzifə alması,onun arxalı olmasından xəbər verir. Kasıbın da arxası yalnız Ulu Tanrıdır. Şər-böhtandan Ulu Tanrı bizləri qorusun.

Tosu zengilanli 2018-09-28 08:33:53

Vetendas memnunlugu innovativ tedbirler yeni genc nazirlerin her cixislarinda soyledikleri ancaq bu yeni menasiz sozlerdi. bizlere ise pul lazimdi ki usagimiza baxa bilek innovativ tedbir ve ya ac qarina memnunluq lazim deyil

Səlahəddin 2018-09-28 08:33:53

Budurmu kadr siyasəti? Əgər Səlimov yararlı kadr idisə niyə onu işdən kənarlaşdırıb,özünə də milyardlarla .....Bəs nə oldu? Milyardlar,obyektlər necə oldu? ....Bundan heç şeytan da baş açmaz.Bunlar bu ölkəni nəyə çeviriblər? Heç Mozambikdə belə işlər baş vermir.Ölkədə təmiz adam tapılmır?

ABDULQADIR -Cemshid Dereleyizliye 2018-09-28 08:33:53

Her kes gördüyü ve yashadigi ölkenin realligini yazir.Selim beyin kimi kadrlara bu xalqin ve ölkenin deyil,hakimiyyetin ehtiyaci var ki,bele kadrlarin eliyle istediklerini etsinler.Sonra da günah kechisi kimi günahlandirib kessinler ve oyuna davam.SHerhinizden ve Dereleyezden olmaginizdan bele anlamaq olar ki,yasham terziniz eyni olduguna göre görmeniz de o bucaqdandir.

Roma 2018-09-28 08:33:53

Səlim Müslümov Heydər Əsədov Fazil Məmmədov və s. və i. kimi sabiq nazir-iqtisadçılara nümunə və örnək kimi sabiq maliyyə naziri Saleh Məmmədovu göstərmək olar. Saleh Məmmədov savadlı qabiliyyətli qanacaqlı bir sözlə sanballı bir şəxsiyyətdir.

Vekil 2018-09-28 08:33:53

Milli qanad qayirib geyinecek qollarina " beynelxalq aviasiyanin" yeni metodunu kesf edecek adam savadlidir de hettda alim,

Hacı 2018-09-28 08:33:53

İnsanlar sevinmişdi ki, bu təhlükəli korrupsiyaçıdan canını qurtardı. Sən demə Səlim ölüb gedəndən sonra bir də diriləcəkmiş. Heç şübhə yoxdur ki, o, köhnə korrupsaner hərəkətlərini davam etdirməsin. Bu adamın əli əyriliyə öyrəncəlidir. Bu düzələn deyil. İnanən ki, Kürdəxanının yaraşığıdır.

Amon 2018-09-28 08:33:53

INDI BASA DUSDUNUZ KI PENSIYA YASINI ARTIRAN SELIM MUSLUMOV OLMAYIB.EGER O IDISE HERSEYI ONUN USTUNE YIXDILARSA BES INDI O YOXDU BES NIYE AZALDILMIR YAS NIYE ARTIRILMIR PENSIYANIN MEBLEGI

Müfəttiş 2018-09-28 08:33:53

Sonuncu pensiya islahatındakı xidməıtləri nəzərə alındı. Artıq heç kimdə şübhə qalmadı ki, bu məsələdə Səlim-Hadı cütlüyü ancaq, yaxşı icraçı funksiyası daşıyırdılar...

t.ədalət 2018-09-28 08:33:53

Bəs hökumət yetkililəri deyirdilər ki,S.Müslümov günahkardır?Nə tez bəraət aldı?Saytlar yazırdılar ki,Səlim müəllimin müdafiə etdiyi elmi iş Moskvalı bir alimdən eyni ilə köçürmədir?Yəni,onu da təmizə çıxardılar?Nə isə..Yeyinti çox,oğurluq çox,..əhəmiyyət verən yox.Belə getsə,"ətəyində namaz qılmaq üçün məmurlardan kimisə tapmaq çətin olacaq.Oğurluqların yerini doldurmaq üçün isə yollar pullu olacaq,cərimələrin həcmi artacaq,nə bilim daha nələr olacaq..

EJDER 2018-09-28 08:33:53

MOLODES,ALIMMIZE.ESAS ELMI IWDI,BAWQA WEYLER....ALLAH BU MILLETI ALDADANLARIN,BU DUNYADA BELASINI VERSIN.EJDER OL NECEDI.WEREF ORDENINE LAYIQDI...WEREF

Cəmşid Dərələyəzli 2018-09-28 08:33:53

Bəzən hadisələrə və şəxslərə mövcud vəziyyətdən yanaşa bilmirik. Şərhçilərə bir şeydə aydınlıq gətirmək istərdim ki, tanımadığınız insanlar haqqında rəy bildirəndə fikirləşin sonra bildirin. Eşitdiklərinizi yox gördüklərinizi dəyərləndirin. Səlim bəyi yaxından tanısam da, son 22 ildə heç heç bir görüşüm və əlaqəm olmayıb. Lakin əminliklə onu deyə bilərəm ki, o əsil kadrdır və bu gün onum kimilərə ölkəmizin böyük ehtiyacı var.

pensiyaçı baba 2018-09-28 08:33:53

Vaxt gələcək biz bu Sılim Müslümovun atasına rəhmət oxuyacağıq. indiki təzə nazir nə məktuba cavab verir nə də şikayətə.Başı qarışıb kadrlara. Əyər bir işçi bir müəsisədə işləyib,sonra işdən çıxib,İndi də müraciət edir ki ,pensiyamı hesablayın.Ona deyirlər ki,sənin işlədiyin müəsisənin DSMF-na borcu var. vəssalam sənə pensiya düşmr.Yaxşı nə vaxtdan qara fəhlə DSMF-na borc yığan olub. İşlədiyi mBu işi kim etməlidir görən.Gedirsən Hüquqi şəxslərlə iş departamentinə.deyirlər qapını daldan bağla ver məhkəməyə.

Qidi 2018-09-28 08:33:53

Yeni nazir sahil babayevden daha yaxsi idare edirdi emek nazirliyini.indiki emek nazirliyi ozel usaq baxcasini xatirladir vezifelerde pullu imkanli daydayli genc usaqlari yigiblar isdende anlayislari yoxdu

Qurbanəli 2018-09-28 08:33:53

Bir az sonra əjdər də fəlsəfə doktoru olar.Kassirsiz işləmək olmaz!

G.M 2018-09-28 08:33:53

A Qardaşlar,bu adam əvvəldən ``qarnını cırırdı ki,vallahi-billahi günahım yoxdur.Nə deyilib onu eləmişəm.Bir az qırağından bucağından....alın bu da o.. Day bundan ötrü məni niyə rüsvayi cahan edirsiniz. evdəkilər də şübhələnirlər ki,hardasa,nəyisə gizlətmişəm``.Aha bu gün yenidən vəzifə almasiyla bir daha ``təmiz adam`` imicini formalaşdırdı.

cumshud ismiyev 2018-09-28 08:33:53

Selim muellim islahatci rehberdir .Allah ishini avand elesin!

ABDULQADIR 2018-09-28 08:33:53

Selim Yanvarovich uzun süren agir xestelikden ,,90-nin 10-a nisbeti,, emeliyyatina meruz qaldiqdan sonra iqtidar komandasinda en saglam ve temiz kadrlardan biri kimi yeni vezifelere layiq olmasini sübut etdi.Karyerasinin sonlarini saglam heyat terzi sheraitinde basha vurmasini teqaüdchüler ve sosial yardim möhtaclari hamiliqla teqdir edirler.

Cavanşir 2018-09-28 08:33:53

Maşallah! Bəs iki milyard yarım necə oldu?Əcaib məmləkətdəyik.Adamı işdən qəflətən çıxarırlar,ardınca iki milyard yarım yeyinti müyyən edirlər,sonra bəh-bəhlə yeni iş təklif edirlər.Nə gözəl! Əsl qanuni dövlətdə yaşayırıq.Çarəsiz qalıb marketdən çörək,yağ,kolbasa oğurlayana isə məhkəmə qururuq.

Abit 2018-09-28 08:33:53

Araz axır gözün baxır,50 qoy yüz götür

Mahir Əliyev 2018-09-28 08:33:53

Vallah yaxşı hökumətimiz var.Vəzifədə olanda ye,dağıt,sonra o puldan ver,vəzifə al.

pensiyaşı babaya 2018-09-28 08:33:53

Düz deyirlər də versinlər məhkəməyə haqqını tələb etsinlər.Bilirsiz büdcədə bir az kasadlıq var, yəqin ki vaxt gələr bu da düzələr.Təzə nazirimiz də cavandır da inşallah qocalar görər ki pensiyanın ümüdünə qalmaq nə deməkdir.Qaldı ki məhkəmə məsələsinə belə işləri məhkəmə çox həll edib özü də işçinin xeyirinə.buna mən şahidəm.Bu məsələni nazir niyə həll edə bilmir,çox maraqlıdır. İşçi işləyib onun əmək haqqından 3% tutulub bəs bu pullar hara gedib.22% də müəsisə ödəməli idi.Bu çox həlli vacib məsələdir.

Cəmşid dərələzliyə 2018-09-28 08:33:53

İlərdir pensiyaşılrı zəlil günə qoyduqdan,kasıb pullarını mənimsədikdən sonra hakimiyyətin rəsmi saytlarda iki milyard yarım yediyini yazdıqdan sonra( bu kiminsə yalanı deyil,elə həmin saytda da göstərilmişdi)onu yenidən işlə təmin etməyin nə demək olduğunu anlayırsanmı.Pensiya pullarını banka köçürüb,bankla razəlaşıb onu pensiyaçılara gec çatdırmaqla bankdan faiz alan Səlimov olmayıb? Onun o qədər səhvkləri olub ki... Hələ fondda nə oyunlardan çıxıb Onun təriflənəcək yeri varmı ki, müdafiəsinə qalxırsan.

Son yazılar