GƏNCƏ HADİSƏLƏRİNİN TAM DAİRƏSİ MÜƏYYƏN EDİLİB - Baş prokurordan açıqlama

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxlərin tam dairəsi müəyyən edilib. Bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib: "Bəzi cinayətkarların da yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənardan qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".

Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb. Məlumatda deyilirdi ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Şərhlər

t.ədalət 2018-09-28 10:54:34

Gəncədə Elmarın vəzifədən uzaqlaşdırılması sakinləri cana doyduran haqsızlıqların,dələduzluqların,ləyaqətsizliklərin və tərbiyəsizliklərin səngiməsinə səbəb oldu.Bu adam .....şəhəri şəxsi obyekti kimi idarə edirdi.Xoşuna gəlməyənləri,haqqını tələb edənləri qanunsuz olaraq cəzalandırırdı.Bu haqsızlığın ilk şahidlərindən biri də rəhmətlik Rasim Musayev idi.Gərək onda Elmarın karyerasına son qoyula idi.Elə olsaydı Yunisin ...

Hafiz 2018-09-28 10:54:34

O HADİSƏLƏRİN BAŞ VERMƏSİ ÜÇÜN YARANAN SƏBƏBLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏK DƏ LAZIMDIR Kİ İNSANLAR BEZİB ÖLÜMƏ İNTİHARA VƏ BAŞQA VASİTƏLƏRƏ ƏL ATMASINLAR. .........ƏSL CİNAYƏTKARLARI O HARIN MƏMURLARI HANSI Kİ BU VƏZİYYƏTƏ GƏTİRİB ÇIXARIBLAR ONLARI DA CƏZALANDIRMAQ LAZIMDIR Kİ ONLAR DA HİSS ETSİNLƏR Kİ ONLAR DA CƏZALANA BİLƏRLƏR. QANUN HAMI ÜÇÜN QANUN OLMALIDIR.

G.M 2018-09-28 10:54:34

çox prinsipal adamdır.....

oxucu 2018-09-28 10:54:34

Qazax rayon polis idaresinin reisi TECILI HEBS EDILMELIDIR, chunki, polis bolmesinde vetendashi VEHSHICESINE DOYUBLER ve QETLE YETIRIBLER........, Azerbaycanda KONSTITUSIYA VARMI ......??????

Şamil 2018-09-28 10:54:34

....oradan obyektiv heç bir şey gözləmək olmaz.

Son yazılar