Rusiyanın xarici dövlət borcu 491 mlrd. dollara düşüb

Bu ilin əvvəlindən Rusiyanın xarici dövlət borcu 27,4 mlrd. ABŞ dolları və yaxud 5,3% azalaraq 490,7 mlrd. dollara düşüb.“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

“Xarici dövlət borcunun azalması xarici investorların Rusiya banklarının cari və depozit hesablarındakı vəsaitlərinin azalması, qeyri-maliyyə təşkilatlarının xaricdən cəlb etdikləri ssuda və istiqrazlar üzrə öhdəliklərinin azalması, həmçinin qeyri-rezidentlərin Rusiya rublunda buraxılmış qiymətli kağızlar üzrə borc öhdəliklərinin azalması hesabına baş verib”, - deyə məlumatda qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar