Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

Sentyabrın 27-də xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıb, habelə regional enerji və nəqliyyat infrastrukturu layihələrini müzakirə ediblər. Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar