"ƏLİYEVLƏ RAZILAŞDIĞIMIZ ÜÇÜN ŞADAM..." - Paşinyan Əliyevlə görüşü haqda

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər. Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə erməni baş nazir “Facebook”dakı canlı yayımda bildirib.

“Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik”, - baş nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin onları futbol üzrə dünya çempionatı vaxtı tanış etməsinə baxmayaraq, Moskvada Ermənistan və Azərbaycan liderləri söhbət edə bilməmişdilər.

“Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın”, - Paşinyan birinci müddəanı səsləndirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə Bako Saakyana xəbər verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır.

“Dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş verməyib. Mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçib”, - Paşinyan vurğulayıb.

İkinci müddəa olaraq, Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə razılığa gəliblər. Hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

“Razılığa gəldiyimiz üçüncü vacib qərar bizim aramızda operativ əlaqənin təşkili oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür.

Baş nazir bununla belə bildirib ki, dünən axşam və bu gün ünsiyyətdə olmalarına baxmayaraq, ətraflı danışıqlar aparılmayıb.

“Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi... Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”, - Paşinyan vurğulayıb.

635x100

Şərhlər

Şərhlərə şərhcik 2018-09-29 00:19:28

Bir çox şərh haуca(qızışdirıcı) alınıb. Həmin тəkliflər MNazirindən уüksək səlahiууəтlilərə aiddir. Konsтiтusiуa və Nizamnamələrdə əhali və ərazini müdafiə üzrə vəzifə borcları aуdın ifadə edilib. Misal üçün-olkə ərazisini müdafiə edə bilməуən Nazirlik, Nazir, Sərhəd qoşunları Komandanı ilə, MSənaуesi, agır silahlar nəуə və kimlərə(haуlaramı) qulluq edir? Ozünə güvənən siуasəтçilərə 25 il hər danışıga "тəmas" frazası VEТO qoуursa, deməli heç bir siуasi həll və sərsəm "sülh уolu" уoxdur!

Ermeniyedusmen 2018-09-29 00:19:28

Ura.Daha 25 il danışmaq şansı var.Super.Tam qelebe.

Abit 2018-09-29 00:19:28

Hansı razılaşma,neyi razılaşdırırsan?

Sual 2018-09-29 00:19:28

..Ateskes bizim ucun en boyuk mexlubiyyetdif. Torpaxi isxal altinda oıan dovlet ateskes edirse demeli ixsalla razilasmaxi usdun tutur. Buna ise dozmek olmaz 25 iı bu versiya ermenilere xidmet edib bes indi abi ne yapaq..

Anar 2018-09-29 00:19:28

düşmən şad olursa,deməli biz məyus olmuşuq.

eldar 2018-09-29 00:19:28

SƏN TORPAĞIMIZDAN ÇIX BİZ DƏ ŞAD OLAQ ONSUZ DA BIÇAQ SÜMÜYƏ DİRƏNİB ÇIXMASANIZ MÜHARİBƏ QAÇILMAZDIR. TORPAĞINI VERƏN MİLLƏT MƏHVƏ MƏHKUMDUR. BİZ DƏ NƏYİN BASHASINA OLSA LAP YARIMIZ O MÜHARİBƏDƏ ŞƏHİD OLSAQ DA BU TÖHMƏTİ BİQEYRƏTLİYİ MƏĞLUBİYYƏTİ QƏBUL EDİB DAHA OTURMAMALIYIQ. QANİÇƏN DÜŞMƏNİ TORPAĞIMIZDAN ÇIXARMALIYIQ.

Asim 2018-09-29 00:19:28

....Allah sənə rəhmət etsin ay M.Ə.Sabir!

M 2018-09-29 00:19:28

erməniyə inanmaq olmaz, Prezidentimiz əlbəttə bunu yaxşı bilir. Azərbaycan uğurlu hərbi işini davam etdirməli və daha da gücləndirməlidir, bizim torpaqlarımız işğaldadır, bizə durmaq, dayanmaq, nəyisə gözləmək qəti olmaz,hər gün güclü işləmək lazımdı bu istiqamətdə....

Son yazılar