Orxan Camalın ölümünün yeni təfərrüatı məlum oldu

Rusiyalı jurnalist Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.Oxu.Az xəbər verir ki, “Dojd” telekanalı Orxanın güc strukturlarındakı mənbəyi və yaxın dostuna istinadən bildirilir ki, jurnalist Rusiyadan MAR-da fəaliyyət göstərən özəl hərbi şirkətlərə qanunsuz silah tədarükünü araşdırırdı.

Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbə isə birdirib ki, Orxan fevralda Suriyada “Vaqner” özəl hərbi şirkətinin yüzlərlə döyüşçüsünün ölümü ilə nəticələnən koalisiyanın aviazərbəsindən sonra silah tədarükü ilə maraqlanıb.

“Ona izah etdim ki, artıq dayanmaq lazımdır. Təəssüf ki, o məni dinləmədi. Bizim elə münasibətlərimiz də olmayıb ki, Orxan məni dinləsin”, - dey mənbə bildirib.

O qeyd edib ki, Orxan özəl hərbi şirkətlərə silahı Rusiya Müdafiə Nazirliyi tərəfindən ötürülməsindən şübhələnirdi.

İddia olunur ki, jurnalist MAR-a məhz silah-sursatın təhvil verilməsi anını lentə almaq üçün yollanıb.

Orxanın dostu olan jurnalist Nadejda Qevorkova isə bildirib ki, hadisə baş verməzdən bir neçə həftə öncə Orxan həbs olunacağından ehtiyat edirdi.

Jurnalistin digər yaxını isə deyib ki, Orxan MAR-a səfərindən bir neçə həftə əvvəl mobil telefondan imtina edib. O, dinlənildiyi bilirmiş.

635x100

Şərhlər

ABDULQADIR 2018-09-29 21:10:59

ALLAH REHMET ETSIN.AMIN.

Roma 2018-09-29 21:10:59

Heydər və Orxan Camallar savadlı ziyalılar olmaqla yanaşı Rusiya və eləcə də bütün dünyada kifayət qədər tanınmış simalardır. Bu ata-bala daim teledebatlarda televerilişlərdə və digər kütləvi informasiya vasitələrində /xüsusilə Qarabağ məsələsində/ Azərbaycanın mövqeyini müdafiə edirdilər və Rusiya teleradio efirlərinə doluşmuş erməni və ya ermənipərəst boşboğaz siyasi ayağısürüşkənləri yerinə oturdurdular. Ulu tanrıdan onlara rəhmət diləyirəm.

Son yazılar