Türkiyə ordusu İraqın şimalında PKK-nın 8 terrorçusunu zərərsizləşdirib

Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın İraqın şimalındakı obyektlərinə növbəti zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyatlar sentyabrın 28-də və 29-da keçirilib. Zərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Məlumata görə, Metin rayonunda 3, Avaşin-Basyanda 5 terrorçu məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar