Yaponiyada "Trami" qasırğası zamanı onlarla insan xəsarət alıb

Yaponiyanın cənubundakı Okinava prefekturasında tüğyan edən "Trami" qasırğası zamanı azı 22 nəfər xəsarət alıb."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, qasırğa ilə əlaqədar sabah Osakadakı beynəlxalq Kansay hava limanının iki eniş-uçuş zolağı bağlı olacaq. Sərnişinlərdən reyslər haqqında məlumatı hava şirkətinin saytından almaq xahiş edilib.

Qasırğa nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub. Ölkənin 400-dən çox daxili təyyarə reysi ləğv edilib.

Daha əvvəl təbii hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar