Sumqayıtda avtobusla yük maşını toqquşub - 3 nəfər ölüb, 15 yaralı var( Yenilənib)

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində "Mercedes" markalı mikroavtobus ilə "Shagman" markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində "Mercedes"in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

Qəza nəticəsində mikroavtobusda olan daha 15 nəfər yaralanıb:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964

Rzayeva Raisa Dimitri qızı, 1955

Rzayeva İlona Rauf qızı, 1950

Məmmədova Elvira İvan qızı, 1967

Qasımova Səbinə Kərim qızı, 1968

Rudika Jakka Anatoli qızı, 1966

Kuranika Viktoriya Oleq qızı, 1988

Buqlova Varvara Silifon qızı, 1945

Mamedova Ludmila Andrey qızı, 1947

Tarfonof İqor Aleksandr qızı, 1962

İsmayılova Tamara Hacışaban qızı, 1941

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Raya Dimitri qızı, 1951

Quliyeva Svetlana Kamal qızı, 1946

Maskiviçova Tatyana Dimitrı qızı, 1948

***

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb."Report"un yerli bürosu xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

***

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Repor"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır.

635x100

Şərhlər

ayzek 2018-09-30 15:26:37

hamısını başa düşdük,bircə Tarfonov İqor Aleksandr qızından başqa.

Son yazılar