RUSİYA DAHA NƏ QƏDƏR DURUŞ GƏTİRƏCƏK? - Müharibədə uduzmayan ölkəni iqtisadi böhran məhv edə bilərmi?

Rusiya iqtisadiyyatı heç cür dirçələ bilmir. Hətta bu ölkədə prezidentlə baş nazir - Putinlə Medvedyev arada hakimiyyətdəki yerlərini də dəyişirlər. Böyük ərazisi olan bu ölkənin əsas valyutası təbii resursların satışından əldə olunur.

Bütün resursları tamamilə sorulub aparılmayan Rusiya bu cür əlverişli ekoloji vəziyyətdə nə qədər duruş gətirə bilər? Bundan sonra onlar hansı yolla gedəcəklər? Rusiya Putinin müdrik rəhbərliyi altında kriminal girdaba girməyəcəkmi? Görəsən Rusiya nə vaxtsa Avstriya-Macarıstan adlanan imperiya kimi parçalanacaqmı? Və yaxud Sovet İttifaqının çiçəklənmə dövründən sonra dağılmağa doğru getdiyi kimi çöküşmü yaşayacaq?

Bütün bu suallara Çinin populyar “Çjixu” portalının ekspertləri cavab veriblər.

- Çao Fençze

Hədsiz dərinə getmək lazım deyil. Əgər dövlət yaxşı günlər keçirmirsə, bu hələ onun uzun müddət duruş gətirə bilməyəcəyi anlamına gəlməməlidir. Nəhəng dövlətin statusunu saxlamaq asan iş deyil və belə bir statusun qorunması bu ölkə üçün xüsusilə vacibdir. Əgər gündə səkkiz saat işləməklə yaxşı yaşamaq mümkünsə, onda boyundan uca tullanmağa nə ehtiyac var? Rusiyada məhz bu cür fikirləşirlər. Əgər yaxşı yaşayırsansa, nə üçün böyük şeylərə can atasan? 100 milyon adam üçün 17 milyon kvadrat kilometr ərazi, həmçinin də araq və kolbasa bəs edər. Təkcə Sibir meşəsi hesabına neçə illər yaşamaq olar. Bəs, bu meşələr altında gizlənmiş təbii xammal xəzinəsi necə? Rusiyada düşünürlər ki, bizim ixrac edən ölkəmiz öz ehtiyacları üçün lazımı qədər xərcləmir və satışa məhdudiyyətlər qoyur.

Sibirin zənginliyi uzun müddətə bəsdir, onların qurtarmağından qorxmaq lazım deyil. Əlbəttə, qoy şərqi Asiya öz işini özü görsün və qoy əhalisi sıx məskunlaşmış rayonlar özləri yemək tapsınlar. Rusiya öz resurslarını başqalarından qoruyacaq və yüksək mövqelərdən öz rifahını seyr edəcək.

- Çjihu Yunhu

Rusiya iqtisadi planda və hərbi güc planında bərbad vəziyyətdədir. Əgər onun xalqında öz ölkəsi uğrunda mübarizə aparmaq istəyi varsa, onda bu ölkə keçmiş Rusiya İmperiyası kimi yenidən böyük ola bilər. Yox, əgər xalq ümidini itirərsə, onda hesab edin ki, hər şey bitib və daha bir SSRİ-nin və ya Yuqoslaviyanın dağılmasını gözləyin. İndi ən mühüm olan – vətəndaşların əhval-ruhiyyəsidir.

- Va Sya

Mən bilmirəm ekspertlər bu məsələni jurnalistlərin növbəti fəndi hesab edirlər və ya bunda müharibənin başlaması üçün ciddi əsas görürlər. Mən bunu sadəcə olaraq elə-belə demirəm. Bir neçə il rus dilini öyrənmişəm və mübadilə üçün Rusiyaya getmişəm. Ona görə də vəziyyəti bir qədər yaxşı bilirəm.

Əlbəttə ki, müasir Rusiya Sovet İttifaqından geridir, lakin insanlar orada pis yaşamırlar, ölkədə hansısa yoxsul vəziyyətdən söhbət belə gedə bilməz. Əksinə, rusiyalılar kor kimi ökənin böyük inkişafına inanırlar. Vaxtilə Rusiya quruda və dənizdə Böyük Britaniya ilə böyük oyun aparıb, SSRİ və ABŞ ikiqütblü sistem yaratmışdılar, hal-hazırda isə Çin dünyaya açılır. Bax, budur indi dünyada baş verənlər.

- Qinq suo Lenq

Təklif edirəm ki, mövzunun başlığını dəyişib “Rusiya beynəlxalq arenada hələ nə qədər duruş gətirəcək” qoyaq. Bu ölkə hesab edir ki, onun heç bir problemi yoxdur. Rusiya dünyada böyüklüyünə görə ikinci orduya malikdir. Bu ölkənin müdafiə büdcəsinə diqqət yetirmək lazımdır, hal-hazırda bu büdcə Amerikanın hərbi büdcəsinin onda birinə, Çinin hərbi büdcəsinin isə dörddə birinə bərabərdir. Düşünürəm ki, keçmişin möhtəşəm dövrünün bu qalığını bilavasitə və adi silahlarla aparılan iri miqyaslı müharibədə məhv etmək olar. Yəni bu missiya üçün marionetka ölkə göndərmək olar. Beləliklə nüvə müharibəsindən yan keçmək mümkündür. O ki qaldı Rusiyanın iqtisadi müharibə aparmaq imkanına, artıq bu imkan çoxdandır ki, yoxdur.

- Xuey Pin

Adam başına düşən gəlir səviyyəsinin yüksəlməsinə görə Çin iqtisadiyyatındakı vəziyyət tamamilə yaxşı görünür. Ciddi iqtisadi sarsıntılar dövründən sonra Rusiyadakı vəziyyət isə kəskin ağır haldadır. Amma hətta bu vəziyyətdə də Ümumi Daxili Məhsulun həcminə görə Rusiyada adam başına düşən gəlir Çininkindən qabaqdadır. Hələ əhalinin alıcılıq qabiliyyəti göstəricilərindən danışmırıq. Başlıqdan görünür ki, müəllif Rusiyaya yuxarıdan aşağı baxır.

Həqiqətən də son on ildə Çinin iqtisadiyyatda əldə etdiyi nailiyyətdən qürur duymaq olar. Onu da etiraf etmək lazımdır ki, bütün məsələlər uğurla həll edilməyib və Çinin bu istiqamətdə işləməsinə ehtiyac var.

- Şa Çenzyun

Rusiyada işlər nə qədər pis olsa da, bu ölkə heç zaman məhvin kənarına gəlməyəcək. Bunun sübutunu tarixin səhifələrindən tapmaq olar. Hal-hazırda Rusiya yaxşı formada deyil, lakin bu, Çinlə iqtisadi cəhətdən müqayisə nöqteyi-nəzərindən belə görünür. Məgər ölkənin zəifliyi yalnız onun iqtisadi göstəriciləri ilə müəyyənləşdirilir? Belə yanaşma ciddi deyil. Bəs, ümumən Rusiya necə bir ölkədir? Rusiya dünyada ən böyük əraziyə malik olan ikinci nüvə ölkəsidir.

Belə düşünmək olar ki, bu iki şey - geniş ərazi və nüvə silahı ilə yanaşı, böyük strateji dərinlik Rusiya Federasiyasının gücünü qəbul etməyə yetər. Məsələyə strateji dərinliklə yanaşanda görürük ki, Rusiyanı nə Napoleon, nə də Üçüncü Reyx özünə tabe etdirə bildi. İlk baxışda onlar Rusiyadan qat-qat üstün görünürdülər. Belə ki, Rusiya Napoleon ordusunu dəf edə və nasist Almaniyası yürüşünün önünü kəsə bildi.

Şişirtmədən demək olar ki, Rusiyanın Avrasiyadakı geosiyasi mövqeyi ən əlverişli vəziyyətdədir. Bu ölkə qitədə sabitliyin təminatçısıdır, çünki hansı tərəfdən təhlükənin gəlməsinə baxmayaraq, Rusiya bu təhlükəni neytrallaşdırmaq üçün oraya ordu göndərə bilər.

Yaxın Şərqdə İŞİD qəddarlığı tüğyan edəndə, Rusiya münasib qərarlar verərək, Yaxın Şərq ölkələrinin gücünü bir yerə yığdıqdan sonra vəziyyət sabitləşməyə başladı. Bəs bundan sonra Rusiya kimi güclü dövlət nə qədər duruş gətirə bilər?

Nə vaxt ki ölkə məhv olmanın kənarına gəlir, onu geniş ərazilər xilas edir. Bu ərazilər təbii resurlarla zəngindir və bu resursları xaricə satmaqla xalqı təmin etmək mümkündür. Məgər müharibədə qalib gəlinməyən ölkəni iqtisadi böhran və sanksiyalar məhv edə bilərmi? Sadəlövhcəsinə düşünənlər bunun mümkün olduğuna inanırlar.

(“Çzijuxu”-Çin)

635x100

Şərhlər

Максим Калинин 2018-09-30 10:52:11

Путь воина, знамение, право остаться На линии огня без боли и без сомнений Путь счастья, силы, желание не сдаться Нам никогда не позволят встать на колени. За нами - правда, а впереди лишь горизонт И долгая дорога, с которой не свернуть Но по-другому - нельзя, это непросто долг Пока мы живы - это наш путь.

t.ədalət 2018-09-30 10:52:11

Əlbəttə,biz Rusiya rejiminin çökməsini istəyirik.Putinizmin aradan qalxmasını istəyirik.Ancaq bu ölkədə yaşayan əhalinin pis vəziyyətə düşməsini yox.Rusiya bir çox ərzaq ehtiyatının bazasıdır.Ölkənin çökməsi ətraf ölkələrin də ərzaq təminatına mənfi təəsir göstərə bilər.Odur ki,Rusiyaya müharibələr törədən əclaf bir sistemdən demokratik bir idarəetmə formasına keçid lazımdır.

max 2018-09-30 10:52:11

belə kəskin tezislər yazmayın, axı müstəqil Azərbaycanın Xarici işlər Nazirliyində işləyən rusdilli, rusiyapərəst məmurların ürəyi belə xəbərə tag gətirə bilməyər....

pensiyaner 2018-09-30 10:52:11

insallah bu cekme tez bas verer bizde torpaqlari azad ederik.

Son yazılar