İkinci Yelizavetanın süni əli - Onunla kütləni «salamlayır»

Sən demə, Britaniya kraliçası İkinci Yelizavetanın «süni əli» də varmış və yorulmasın deyə, kütləni onunla salamlayırmış.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, kraliçanın qızı Anna «Queenof the World» kitabında yazır ki, «qurğu»nu Yelizavetaya avstraliyalı tələbələr hədiyyə ediblər. Bu barədə «Daily Mirror» qəzeti yazıb.

Nəşrin məlumatına görə, «süni əl» sıx materialla doldurulmuş və taxta tutacağa bərkidilmiş əlcəkdən ibarətdir.

Yüngülcə toxunmaqla, «yalançı əl»i hərəkətə gətirmək olur - bundan sonra o, bir tərəfdən, o biri tərəfə yellənir və salamlamaq jesti effekti yaradır.

Anna «Dünyanın kraliçası» kitabında danışır ki, sözügedən qurğunu Yelizavetaya bir neçə il bundan əvvəl zarafat sürprizi qismində avstraliyalı tələbələr bağışlayıblar. Hədiyyə Yerizavetanın xoşuna gəlib və onu özü ilə Britaniyaya gətirib.

Kitab müəllifiin fikrincə, kraliçanın qurğudan kütlə qarşısında istifadə etməsi barədə məlumat yoxdur, amma yayılan xəbərlərə görə, «süni əl» onun ən çox sevdiyi ailə zarafatına çevrilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar