"HÖKUMƏTİN AGENTİNƏ ÇEVRİLMİŞ LİDERLƏR..." - Rəsul Quliyev AXCP və Müsavat liderləri haqda... 

"Qarabağın azad edilməsinə həsr edilmiş mitinq, sözsüz, daha izdihamlı və möhtəşəm olmalı idi".

"AzPolitika.info"nun məlumatına görə, sentyabrın 29-da "Qarabağ komitəsi"nin təşkil etdiyi mitinqin yekunlarını dəyərləndirən eks-spiker Rəsul Quliyev "Facebook"da belə yazıb.

R.Quliyev iddia edib ki, hökumət və onun "agenti olan" müxalifət liderləri bu mitinqin qarşısını almağa cəhd ediblər. "Çox sevindirici haldır ki, hökumət və xüsusilə də 1998-ci ildən hökumətin agentlərinə çevrilmiş ''müxalifət'' liderlərinin canfəşanlığı kütləviliyin qarşısını ala bilmədi! Sözsüz ki, Milli Şura, AXCP və Müsavat adlanan partiyaların keçirdiyi mitinqlərlə müqayisədə əzəmətli görsənən Qarabağ mitinqi davamlı olmalıdır. Hökumət qətiyyətli addımlar atmağa məcbur edilməlidir!"

Eks-spiker fikirlərinin davamında AXCP və Müsavat liderlərini "hökumətin agentləri" adlandırıb.

"AXCP və Müsavat partiyalarının fədakar sıravi üzvlərinin mitinqdə iştirak etmələri liderlərinin bir agent kimi iflasının dərinləşdiyinin və daha heç nəyə yaramadıqlarının göstəricisidir. Bu vətənsevər sıravi üzvlər bugünkü addımları ilə bir daha vətən ideyasına sadiqliklərini göstərmiş oldular...

Təşkilatçılara bu mübarək haqq yolunda uğurlar arzulayır və millətimiz, ərazi bütövlüyümüz uğrunda apardıqları mübarizədə daha qətiyyətli olmalarını tövsiyə edirəm. Yaşasın Azərbaycan!"

635x100

Şərhlər

antiAbu 2018-10-01 00:35:46

İqtidarda Məzdək Hüseynov, müxalifətdə Elton Quliyev kimilər dünyalarını dəyişmədilər! Onlar mövcud dünyamım yaltaqlıqlarına, ikiüzlülüklərinə satqınlıqlara tüpürüb, bu dünyadan küsüb getdilər. Həsən Abdullayevin kabinetdə ayaqqabısını silən, özü üçün Prezidenti Azərbaycanda yeganə kişi elan edən, İşlədiyi institutda vəzifəyə təyin olunana kimi milli lider haqqında ağzına gələni deyən, vəzifəyə təyin olunandan sonra onun məzarından çəkilməyən, sağlığında dizini yerə qoyub əlindən öpən... isə yaşayır.

antiAbu 2018-10-01 00:35:46

İqtidar düşərgəsində təcrübə toplamış keçmiş müxalifətçilərdən(Novruz Məmmədov və Əli Əhmədov keçmiş AMİP-çi, Hacəbala Abutalıbov Xalq Cəbhəsinin ekstremist qanadının keçmiş fəal üzvi, Əli Həsənov mütəllibovçu) təşkil edilmiş Nazirlər Kabinetinin heç bir sahədə heç bir nailiyyəti yoxdur. Bu Kabinet bir daha göstərir ki, müxalifət deyilən zümrənin hətta təcrübəli şəxsləri belə nailiyyət qazanmaqdan çox uzaq adamlardırlar. Getdikcə naftalin qoxusu artmaqda davam edir..

neftçi 2018-10-01 00:35:46

Guya Rəsul Quliyev hökumətin agenti deyil? İnanan daşa dönsün.Yoxsa o bu qədər il Amerikada keyflə yaşaya bilərdi?Neft pulları onu yaxşı saxlayıb.

azəri 2018-10-01 00:35:46

Rəsullar Siyavuşlar yenə çıxıblar meydana aranı qarışdırmağa milləti parçalamağa ki öz işlərində olsunlar. Beləlrin kökü kəsilməsə bu millət millət olmayacaq. Qılınc əllərindədir çapırlar sağa sola.

İşsiz 2018-10-01 00:35:46

Qudrət bəy həmişə deyirdi ki,Rəsul Quliyevi vaxtında uzaqlaşdırdılar.Yoxsa ki,BAXCP -ni yarada bilməzdik.Bu gün BAXCP-ı YAP-la eyni gücdədir.

antiAbu 2018-10-01 00:35:46

SSRİ-nin dağılmasını nəzarətdə saxlamaq üçün SSRİ DTK-si tərəfindən müttəfiq respublikalarda Xalq Cəbhələri yaradıldı. Sonralar Pribaltika respublikalarında DTK arxivləri açılandan sonra məlum oldu ki, bu respublikalardakı Xalq Cəbhələrinin əksər üzvləi DTK agentləri imişlər. Azərbaycan da istisna deyildi. sadə misal. Günlərin bir günü birdən-birə nə baş verdi ki, Fizika İnstitutunun kasıb, bir boz tiklas plaşda gəzən, kommunist Hacıbalası Xalq Cəbhəsinin ekstremirt qanadının fəall üzvi oldu?

ABDULQADIR 2018-10-01 00:35:46

Nöyüdü satib xarici banglarda gizledende,torpaqlarin satilmasinda ishtirak edende,Rövshen Cavadov kimi ogullarimizin qetliaminda bash rollarda ishtirak edende ve s. ve i. sen kimiydin ve indi kimsen.Dediklerinin sene chatmasina ömürleri yetmez.

İlqar 2018-10-01 00:35:46

25 İLDİR SÜRGÜNDƏSƏN. QORXUDAN VƏTƏNƏ AYAQ BASA BİLMİRSƏN. HƏLƏ DANIŞIRSAN DA. HEÇ OLMASA DANIŞMA.

Sual 2018-10-01 00:35:46

Esitdiz bini. Ne qeder motesem sozler soyledi sabiq mafiozmu deyim ya ne deyim ya...bir bildiyimiz binin ki e ve neye xidmet etmesinin mueyenlesdirilmesidir ki onu seytan bele bilmez ya...

Arif 2018-10-01 00:35:46

Bu dəfə nədənsə Rəsul bəy realist olub.Amma o özü də onlardan geri qalan deyil.Bu dəfə əks ampulada çıxış edib.Aləmi qarışdırıblar.Yazıq millət!

Son yazılar