Neftçalada 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Neftçala rayonunda azyaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

2015-ci il təvəllüdlü Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar