"Qəbələ" öz meydanında oyunun sonlarında məğlubiyyətdən xilas olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib."Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib.

FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Keşlə"nin hücumçusu Amil Yunanov açıb. Yunanov Rasim Ramaldanovun səhvindən sonra təkbətək çıxdığı qapıçını məğlub, keçmiş komandasını məyus edib.

"Qəbələ" bərabərlik qolunu 76-cı dəqiqədə vurub. Nəzarətsiz qalan Stiven Monroz topu "Keşlə"nin qapısına göndərib.

Bu nəticədən sonra "Qəbələ" xallarını 5-ə, "Keşlə" isə 2-yə yüksəldib. Lakin onlar yenə müvafiq olaraq, 7 və 8-ci pillələrdə qərarlaşıblar.

Hazırda "Bayıl Arena"da "Sumqayıt" və "Zirə" arasında turun son oyunu keçirilir.

İlk oyun günündə "Neftçi" evdə "Səbail"i 4:0, "Qarabağ" isə səfərdə "Sabah"ı 2:0 hesabı ilə yenib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar