«İsrail xəlvəti atom silahı hazırlayır» - İran XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) xarici işlər naziri Möhəmməd Cavad Zərif bəyan edib ki, İsrail «özünün qeyri-leqal nüvə proqramını etiraf etməli və onu beynəlxalq müfəttişlərə açmalıdır».

Nazir bu bəyanatı, İsrailin Baş naziri Binyamin Netenyahunun İranın paytaxtında «gizli atom anbarı»nın aşkar olunması barədə bəyanatından sonra səsləndirib.

«İsrail bizim bölgədə yeganə rejimdir ki, onun «məxfi» və deklarasiya olunmamış nüvə silahı (real nüvə arsenalı) proqramı var. İsrailin qeyri-leqal nüvə silahı proqramını etiraf etməsinin və onu beynəlxalq müfəttişlərə açmasının vaxtı yetişib» - deyə, Zərif öz «Tvitter»ində yazıb.

Xatırladaq ki, bu ərəfədən Netenyahu BMT tribunasından bəyan edib ki, yəhudi kəşfiyyatı Tehranda tonlarla nüvə materialı və avadanlığı saxlanan gizli anbar aşkarlayıb. Öz bəyanatını əsaslandırmaq üçün Netenyahu dəmir darvazaları olan divarın peyk çəkilişini və fotolarını nümayiş etdirib.

Onun sözlərinə görə, anbarın içərisində ən azı 15 yük konteyneri saxlanır ki, onların ümumi çəkisi 300 tona çata bilər.

Netenyahu MAQATE-ni təcili olaraq bu rayondan təftiş aparmağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar