«Suriya xalqı kürd separatizmini qəbul etməyəcək!» - Suriya XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın xarici işlər naziri Valid Müəllim bəyan edib ki, Ərafatın şərqində kürdlərin separatizmə can atacağı təqdirdə, Dəməşq problemin hərbi yolla həllinə əl atmalı olacaq.

Nazirin sözlərinə görə, Suriya xalqı separatizmi qəbul etməyəcək. Onun fikrincə, kürd millətindən olan vətəndaşların yerləşdiyi bölgələrdə ayrılmaq barədə söhbət getmir.

«Ancaq bu məsələdə təhlükəli olan Amerikanın etdikləridir. Amerika bu rayona Suriya hakimiyyətinin icazəsi olmadan gəlib və ona görə də onun bölgədə iştirakı qanunsuzdur. Onlar bölgədə öz hərbi bazalarını yaratmağa başlayıblar. Ona görə də mən, bəyan edirəm ki, probemi kürdlər yox, Amerikanın iştirakı mürəkkəbləşdirir - Amerika kürdlərə Dəməşqin qanuni hakimiyyəti çərçivəsindən kənar fəaliyyət imkanları üçün ümid verir» - deyə, Müəllim «RT» telekanalına müsahibəsində bəyan edib.

«Bu, illüziyadır və onlar (kürdlər - red.) ötən əsrin eksperimentlərinin dərslərini yaxşı mənimsəməlidirlər - o zaman böyük güclər öz məqsədləri üçün istifadə etdikdən sonra, onları atıblar. Ancaq Suriya dövləti onları atmır. Əgər onlar Amerikanın mövqeyini qəbul edib, ayrılmağa can atsalar, o zaman biz, istəmədiyimiz yolu seçməli olacağıq» - deyə, Müəllim əlavə edib.

635x100

Şərhlər

t.ədalət 2018-10-01 00:17:27

Kürdlər Suriyada da etibarı itirdilər.Separatçılar heç bir ölkədə qəbul edilmirlər..

Son yazılar