"BU İŞĞALIN ARXASINDA RUSİYA DAYANIB!" - "İngilis dilini bilməyən diplomatlarımız var"

Qüdrət Həsənquliyev: “İşğal olunmuş ərazilərimizin hüquq statusu ilə bağlı qanun qəbul etməliyik”

“Çıxışıma həmkarım Siyavuş Novruzovun təklifini dəstəkləməklə başlayıram. Mən də hesab edirəm ki, həqiqətən də bu sahədə nizam-intizam yaratmaq lazımdır. Ona görə ki, restoranlar toy, şənliklər üçün sifariş qəbul edəndə müştəri qarşısında yalnız müəyyən menyular təklif edirlər”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının ilk plenar iclasında səsləndirib. Millət vəkili bildirb ki, bu qiymətlər ya 50, ya 70, ya 100-dür: “Artıq yemək seçimini müştəri özü edə bilməz. Bu da ölkənin qanunvericilik fəlsəfəsinə zidd olan bir məsələdir. Məncə bunu tənzimləməyə çox ciddi ehtiyac var. Gündəmə gətirmək istədiyim ikinci məsələ işğal olunmuş ərazilərimizin hüquq statusu ilə bağlıdır. Mən əvvəllər də bununla bağlı məsələ qaldırmışam. Bununla bağlı biz nəhayət ki, qanun qəbul etməliyik. Eyni problemləri yaşayan digər keçmiş sovet respublikalarında bu qanunlar qəbul olunub. Biz görürük ki, hər gün işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi talan edən şirkətlərin sayı artır. Bizim işğal altındakı yaşayış məntəqələrində ermənilər, erməni diasporası məktəblər tikir, yollar çəkir, həmin ərazilərdə məskunlaşdırma aparırlar. Yəni oradakı rejimin hüquqi statusu ilə bağlı müvafiq qanun qəbul eləməliyik. Bundan sonra da həmin o şirkətlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməlidir. Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı bizim düşmən elan etdiyimiz Ermənistan deyil. Ermənistan olsaydı biz bu problemi çoxdan həll etmiş olardıq. Qarabağ məsələsində siyasi məqsədlər üçün istifadəyə cəhd edən bəzi insanlar zaman-zaman bununla bağlı manipulyasiya etmək istəyirlər ki, niyə biz Ermənistanın öhdəsindən gələ bilmirik? Axı söhbət ondan gedir ki, bu işğalın arxasında Rusiya dayanıb və mən hər zaman söyləmişəm ki, danışıqlar Rusiya ilə aparılmalıdır. Biz onu da düşünməliyik. Həmin adamlar da insanlarda xüsusi olaraq əlavə əsəb gərginliyi yaratmaq əvəzinə bu barədə düşünməlidirlər. Biz nə qədər hərbi potensialımızı artırsaq da, əgər Rusiya Ermənistana dəstək verəcəksə bizim o torpaqları hərb yolu ilə azad etmək imkanlarımız ciddi şəkildə şübhə altında olacaq. Ola bilər ki, bizim yeni ərazilərimiz də bu cütlük tərəfindən işğal olunsun. Ona görə də, daha təmkinli siyasət yürütmək lazımdır. Mən də o fikirdəyəm ki, parlamentdə də müzakirələr aparılmalıdır, Dağlıq Qarabağ məsələsi ilə bağlı müvafiq komitə yaradılmalıdır. Hökumət Rusiya ilə aparılan danışıqlarla bağlı parlamentə də məlumat verməlidir”.

Millət vəkili əlavə etdi ki, payız sessiyasınını gündəliyinə ciddi qanun layihələri daxil edilib: “İkinci söyləmək istədiyim məsələ ümumtəhsil haqqında qanun layihəsi ilkı bağlıdır. Bu yaxınlarda bizim hörmətli təhsil naziri Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı xüsusi əmr imzaladı. Azərbaycanda kifayət qədər rusdilli məktəblər var. Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac olunur. Yəni Rusiya böyük ölkədir və bizim qonşumuzdur. Bu dilin öyrənilməsinin qətiyyən əleyhinə deyiləm. Əslində hesab edirəm ki, nə qədər şox insan rus dilində danışa bilsə, bu bir o qədər faydalıdır. Mən vaxtilə sovet ordusundə hərbi xidmətdə olarkən görürdüm ki, ermənilər və gürcülərin əksəriyyəti rus dilində danışırlar. Amma azərbaycanlılara gəldikdə, yalnız Bakı şəhərindən olanların müyyən hissəsi, bir də Gəncə və Sumqayıtdan müəyyən sayda insanlar rus dilində danışa bilirdilər. Amma hazırda Azərbaycanda elm adamlarının çoxu, beynəlxalq dil olan ingilis dilini bilmir. Hətta diplomatlarımızın içərisində ingilis dilini bilməyənlər var. İqtidarlı-müxalifətli siyasətçilərin çoxu ingilis dilində akademik səviyyədə danışa bilmir. Amma hesab edirik ki, ermənilərlə gürcülər bu dili daha yaxşı mənimsəyirlər. Mən hesab edirəm ki, Azərbaycanda beynəlxalq dil olan ingilis dilinin mənimsənilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul edilməlidir və təhsil nazirinin növbəti əmri bu barədə olmalıdır. Bizim ingilis dilinə çox böyük ehtiyacımız var. Yenə də deyirəm, sovet dövründə rus dilini öyrənməliydik, onda da yaxşı öyrənmədik. Allah rəhmət eləsin, mərhum prezident Heydər Əliyev yaxşı ki, azərbaycanlıları Rusiyanın müxtəlif universitetlərində təhsil almağa göndərirdi...”

Millət vəkili həmçinin “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb: “Mən bu memorandumla tanış oldum, alqışlayıram və dəstəkləyirəm. Hər zaman biz söyləmişik ki, Türkiyə ilə xüsusilə müdafiə sənayesində əməkdaşlıq genişləndirilməldiir. Sentyabrın 15-də bilirsiz ki, Bakının işğaldan azad olunması ilıə bağlı möhtəşəm bir parad keçirildi. Bu burada rusiyayönümlü siyasətçiləri xeyli qıcıqlandırmışdı, o cümlədən əminəm ki Araz Əlizadəni. Araz Əlizadəni qıcıqlandıran mənim çıxışımdakı məsələ Oqtay müəllim, o məsələ deyil ki, biz Rusiya Ermənistan ittifaqına qalib gələ bilmərik. Onu qıcıqlandıran odur ki, mən söylədim ki, bu konfliktin arxasında Rusiya dayanır. Onun Mütəllibovla əlaqəsi, vaxtilə 90-cı illərə parlamentdə etdiyi çıxışı, Mütəllibovun Moskvada sığınacaq tapması... Biz bunun hamısını bilirik. İndi bu cür çıxışlar keçmişini Araz Əlizadəyə unutdura bilməz. Onun kimliyi Azərbaycanda hər kəsə bəllidir. Hamı bilir ki, o hara, hansı qüvvələrə bağlıdır. Ona görə də mən, əməkdaşlıq sazişini çox yüksək qiymələndirirəm və hesab edirəm ki, Türkyə ilə hərbi əməkdaşlıq daha da genişləndirlməlidir və buna da səs verəcəyəm”.

635x100

Şərhlər

Shakir 2018-10-01 18:40:47

Hömetli Qüdret bey, diplomatlarimizin böyük ekseriyyeti umumiyyetle hec bir bir xarici dili bilmeyir ve ya kemsavaddirlar, yeni hec ana dilinde bele selist yamagi bacarmirlar.

Azərbaycan vətəndaşı 2018-10-01 18:40:47

Azərbaycan torpaqlarının işğal olunmasının əsas səbəblərindən biri 90-cı illərdə bir qrup insanın həkimiyyət uğrun da apardığı savaş oldu.Təcavüzə məruz qalan bir ölkədə hakimiyyət uğrun da mübarizə aparmazlar.Ölkəni təcsvüzdən qorumaq üçün milləti səfərbərvər edərlər.Tarix ən böyük hakimdir.Vaxt gələcək hər şey bilinəcək.O ki,qaldı A.Əlizadəyə,onu xalq seçməyib.O da başqa deputatlar kimi YAP-ın siyahısı üzrə təyin olunub.

DAVUD 2018-10-01 18:40:47

Musa Peygənbər yəhudiləri 26 il firlayib yenə eyni yerə gətirib.Ayaz Mütəllibovda onu deyirdi.fikir mənim deyil.

o.b.n 2018-10-01 18:40:47

Qüdrət bəy bizim yaşadığımız planetdə Sizin o parlametdən,məmur komandasından o cümlədə XİN başqa,hamı bilir ki,Qarabağdan tutmuş Krıma kimi işğal olmuş əraziləri Kremil edib.Əhalisini hətta talonla təmin edə bilməyən SSRİ,sistemi dəyişmək üçün millətlər arası konfilikti yaratdı,ölkənisə rəqibllər dağıtdi,Kreml bu konfliklərin vasitəsilə Çar inperiyasın yaratmaq istəyir.LR,LiR,ER,UkR,GürcR-lardan başqa, Respublikaların məmurları Çara sədaqətlə xidmət edirlər.Yaxşı olar MM-də yazdığını oxuyasan onlarda bilə.

Arif 2018-10-01 18:40:47

Qüdrət Həsənquliyev, sen, NIYE, 29 sentyabrda, "Mehsul" stadionunda, xalqin TELEB etdiyi-Daqliq Qarabaqin ve etraf 7 rayonlarin ermeni-rus ishqalindan TEZLIKLE AZAD olunmasina hesr edilmish mitinqinde ISHTIRAK ETMEDIN, NIYE, Milli Meclise TEYIN EDILMISH BUTUN "deputatlar", xalqin CIDDI TELEBI-MITINQINE GELMEDILER...? ...., xalqi YALAN TEBLIQAT ile ALDATMAQ, QEYRI MUMKUNDUR,....

Həsənquliyevə 2018-10-01 18:40:47

Qüdrət bəy elə bilir Amerika kəşf edib?Yaxşı olardı ki. izah edərdi.niyə bəs bizim başbilənlər 50-60 ildir bunu bilə-bilə Rusiya ilə niyə lazımi iş aparmayıblar?Qoy bir dəfə də Rusiya bizə yardım edib Zəngəzuru bizə qaytarardı.DEməli torbada pişik var.Bax buradan başlanmalıdır.Bizim Rusiyaya verdiyimizin 20 faizini Ermənistan vermir.Əksinə Ermənistan Rusiyadan alır.Bax,buradan başlamaq gərəkdir.Biz bilirik ki,Rusiya bu məsələdə maraqlıdır (niyə?), buna əks tədbirlər görmək düşünmürük.Bu səpgidə analiz etsin

Emin 2018-10-01 18:40:47

Nemət də çıxıb ortalığa. Bunlar düzəməlli söz danışmayacaqlar. Millət bunları artıq tanımalıdır.

Abit 2018-10-01 18:40:47

Azpolitika deyesen sizde rusa xidmet edirsiz,men şerhi bu meqaleye yazmamışam,dünenki meqalede yazılmışsı ki,ermeni rus birleşmeleri yeni erazilerimizi işğal ede biler.Yazılan şerhde hemin meqaleye aiddir.

Azer 2018-10-01 18:40:47

Bu milli meclisde azerbaycanlilari da temsil eleyen deputat olmadiqca deyilen sozler ve hereketler artistlikdi

EJDER 2018-10-01 18:40:47

EWWI ESAS INKIWAFDU. 25 ILDI LAZIMI GOZLAYIRIQ.LAZIM GELER,HER WEY DUZELER.SIZ NAQILVUZU DANUWUN.BELKE BU PAWINYAN OQ...I DEVIRESINIZ.YERINE BAYRAMI QOYUN ,ERMENICE ,YEQIN BILIR.NECE MILLYONLIQ VILLALARI VAR.ELE INKIWAF EDIB

buzlaq 2018-10-01 18:40:47

Hörmətli Qüdrət bəy! 25 ildir ki, Yapon İmperatorları (Z.H.) hakimiyyətdədir. Bir dəfə də olsun İqtidar dilinə gətirməyib ki, torpaqları Rusiya işğal edib. Bu iqtidar 50 ildə də qalsa o kəlməni deməyəcək. Çünki onlar gözəl bilirlər ki, onları hakimiyyətə urusun köməyi ilə gəlmişlər. 1941-ci ildə noyabr paradından sonra qoşunlar birbaşa cəbhəyə yola düşmüşdülər. Siz Azadlıq meydanında hərbi gücünüzü kimə göstərirdiniz? Erməniyə-onlar zərrə qədər çəkinmirlər, bəs kimə göstərirdiniz 35-ci ordunun gücünü??

Nəriman 2018-10-01 18:40:47

Yaxşı düş qabağa.düşüncələrini həyata keçir.Parlamentdə məsələ qaldır,müzakirə edilsin.qərar qəbul edilsin və qərarın icrası təmin olunsun.Bax bu iş olar.Yoxsa fərziyyələrlə ,hekayə ilə mən də varam demək kimə gərəkdir?Torpaqlar verilib 25 ildir milləti boş sözlərlə aldadırsınız.Bunu hamı görür və bilir.Ancaq...

Elçin 2018-10-01 18:40:47

Ay deputat danışmaqdansa Xarici işlər Nazirini dəvət edin MM və soruşun onlardan 1994-cü ildən bəri niyə Azərbaycan dövləti ermənistan dövlətini dövlət kimi işğala görə Beynəlxalq Məhkəməyə verməyib. Rusiya Krımı işğal etdi Ukrayna dövlət olaraq Haqa məhkəməsinə mürəciət etdi və məhkəmə rusiyanı işğalçı dövlət kimi tanıdı (baxmayaraq ki basıb bağırırdı nüvə silahım var)və bundan sonrada sanksiyalar işə düşdü. Yeruvuz istidi, müharibə dövründə PA gizlənmisən, bizim kimi bir başa düşmənlə üz-üzə vuruçmamısan. İndidə ara qarışdırıb həll olunası məsələni qoymursuz həll ola. ermənistandakı siyasi dəyişiklik oranın xalqının siyasiyətçilərdən qərbə doğru siyasət qurmaq tələbidir. Bunu 1-ci sinifdə oxuyan uşaqda bilir ki, qərbə doğru siyasətin yolu Azərbaycan ərazilərinin azad olmasından (çünki beynəlxalq hüququn tələbləti var) keçir. Amma bəzi qüvvələr yalançı vətənpərvərlik edərək tam tərsinə cinayətkar koçaryan, sarkisyan dığalarının əlinə kozur verir ki, erməniztan rusiyadan başqa istiqamətə yol almasın. Bu qədər bəsit, dünənki, mitinqdə bir dəfə mikrafonla desəydilər ki, bu saat səfərbərlik elan edirik döyüşlər üçün inan 2 dəqiqədən (ola bilər o 2 min nəfərin ikindən 50-60 adam xaric olmaqla)sonra iki sən qarışıq qaçıb gizlənəcəkdiniz.

Mirzə AĞ 2018-10-01 18:40:47

Bəs, nə üçün Azərbaycan hakimiyyəti bunu rəsmi bəyan emir?!

t.ədalət 2018-10-01 18:40:47

Xəzərin sahilindəki Kaspiysk şəhərində yaradılan hərbi dəniz donanması Rusiyanın ərazilərimizə olan iştahasından irəli gəlir.Biz düşməni olduğu kimi göstərməsək,rusiyapərəst Elmar Məmmədyarov sayağı əsassız bəyanatlarla kifayətlənsək erməni komandirlərlə təmin edilmiş rus ordusu yurdumuzu yenidən işğal edəcək.Türkiyə ilə münasibətlərə görə Rusiya ,sadəcə olaraq,kiçik bir fasilə edib..

Ekspert 2018-10-01 18:40:47

Siz deputatlar nə vaxt ayılacaqsınız.Nə qış yuxunuz bilinir,nə yay yuxunuz.Bütün xalqımız bilirki,bizim torpaqlarımızı bilavasitə rusiya işğal edib,hazırda da folpostların (erməni vəhşilərin) arxasında durur. Bəli,əsirlərdir,xalqımızı əzən,başını kəsən,var-dövlətini talayan da Rusiya şovinistləridir.Özü də bizim başda oturanların əli ilə edirlər. Xalqın da, nə ziyalisi var,nə ağsaqqalı.Dövlət də qalıb biznesmenlərin əlində.Heyf müstəqillik!!

Abit 2018-10-01 18:40:47

Ay Qüdret bey sen bu fikirleri sonuncu cümleni demek üçün bildirmisen,mesaj formasında,yeqin ki,anladın ne demek istediyimi

İşsiz 2018-10-01 18:40:47

Qudrət bəy həmişə razılaşdırılmış mövzulardan danışır.Ancaq bu dəfə xalqın bildiklərini təkrarlıyır.

Tahir 2018-10-01 18:40:47

BU QÜDRƏT KİMLƏRİN DEDİKLƏRİNİSƏ MƏTBUATA ÖTÜRÜR VƏ İNSANLARI XOFDA SAXLAMAQ ÜÇÜN. SİZ ÇIXIN GEDİN BURDAN BİZ ÖZ TORPAĞIMIZI QORUYACAĞIQ CANIMIZLA.

Pisi 2018-10-01 18:40:47

Araz elizade hec ozu ozunu tanimir qaldi kimse onu tanimaga cehd elesin.milli meclisde araz elizade zahid oruc elman nesirov televiziyadada mirsabun agayev varsa sozun bitdiyi yerdi.umid qiyamet gununedi ancaq

Zaur 2018-10-01 18:40:47

O gün deyirdin axı fürsətdir,urusla danışıb Qarabagı qaytaraq. Alınmadı???? İndi də Türklərə tərəf döndün? Nooldu sana? Nooldu böylə?

Son yazılar