Siqaret çəkənlərin nəzərinə - Cərimələrin məbləği dəqiqləşdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

635x100

Şərhlər

Obyektiv 2018-10-01 18:21:57

Day bundan da "vacib" mesele?! )) Atalar burada deyib: "Duzelmishdi her yaragimiz, qamishdi saqqal daragimiz"!.. Bununla da, butun meseleler duzeldi, xususile (paralel) siqaretin qiymetleri de (20 qep.) artmaqla... )) Ehh...

Son yazılar