Azərbaycan millisi 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII tur qarşılaşmaları keçirilir.

"Report" xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə üz-üzə gəlib. Yığmanın bütün şahmatçıları öz görüşlərini heç-heçə ilə başa vurub.

Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.

Polşa – Azərbaycan - 2:2

Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5

Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5

Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5

Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5

E.Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar