Küveyt ABŞ-a neft ixracını dayandırıb

Küveytin sentyabr ayında ABŞ-a neft ixracını dayandırıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu İraqla hərbi münaqişələrinin baş verdiyi 1992-ci ildən sonra ilk dəfədir baş verir.

Bu, Asiya ölkələrində enerji daşıyıcılarının ABŞ-dan daha yüksək qiymətə satılması ilə bağlıdır.

“İrana qarşı mövcud sanksiyalar başqa neft istehsalçılarına ABŞ-dan baha olduğu üçün Asiyaya daha çox neft satmaq fürsəti verir” - “Lipow Oil Associates” məsləhətçi şirkətinin rəhbəri Andi Lipou bildirib.

“Bloomberg” qeyd edib ki, Küveyt neftinin bir bareli ABŞ-da 79 dollara, Asiya bazarlarında isə, təqribən, 80 dollara satılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar