Britaniya Norveçə 800 hərbçi göndərəcək - Rusiyanın Arktikada fəallığına görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniya (BB) Rusiyanın Arktikada fəallığının artmasına görə, Norveçə 800 hərbçi göndərəcək.

London qeydə alıb ki, Rusiya Arktikada sualtı qayıqlarının fəallığını artırır. Odur ki, Rusiyanın qarşısının alınması çərçivəsində, BB 2019-cu ildə Norveçə 800 nəfər hərbçi göndərmək niyyətindədir. Bu barədə Britaniyanın müdafiə naziri Gevin Uilyamson xəbər verib («The Sunday Telegraph»).

Uilyamsonun sözlərinə görə, bu tədbir Britaniyanın işləyib hazırladığı «Rusiya təhlükəsinə qarşı Arktikanın müdafiə strategiyası» çərçivəsində həyata keçirilir. O, izah edib ki, Rusiya SSRİ dövründən qalmış hərbi bazalarının işini bərpa edib və bölgədə sualtı qayıqlarının fəallığını «soyuq mühapribə» dövründəki səviyyəyə qaldırıb.Nazir qeyd edib ki, Britaniya Arktikada öz iştirakını mütəq nümayiş etdirməli və bölgədə öz maraqlarını qorumalıdır.

Məlumata görə, yeni hərbi bazada həm də Norveçin, Birləşmiş Ştatların və Niderlandın hərbi qulluqçuları yerləşdiriləcək, eyni zamanda, oktyabr və noyabr aylarında nəhəng hərbi təlimlər keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar