Koreyalar sərhəd bölgəsini minalardan təmizləyirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya hərbçiləri iki dövlət arasındakı sərhəd bölgəsini minalardan təmizləməyə başlayıblar.

Cənubi Koreyanın «Yonhap» agentliyinin xəbərinə görə, təmizləmə işləri 20 gün davam edəcək.

Sentyabr ayında iki Koreyanın liderləri - Kim Çen In və Mun Çje İn respublikalar arasında bufer zona yaratmaq qərarına gəliblər. Bu zonanın təyinatı, hərbi toqquşmaların qarşısının alınmasından və Şimali Koreyadakı iki nüvə obyektinin sökülməsinə dəstək verməkdən ibarətdir.

Tərəflər həm də Seulla Pxenyan arasında gərginliyin azaldılması barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar