Azərbaycanda əhalinin siyahıya alınması prosesinə start verilib - VİDEO

Gələn il Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək. Prosesdə problem yaranmaması üçün indidən hazırlıqlar görülür. Xezerxeber.az bildirir ki, Dövlət Statistika Komitəsi prosesin daha real, operativ və nöqsansız həyata keçirilməsini təmin etmək üçün 1-10 oktyabr tarixləri arasında Qəbələ rayonunda sınaq sayım işlərinə start verib.

Komitənin sədri Tahir Budaqov bildirib ki, bunun üçün bütün zəruri metodoloji və digər materiallar, o cümlədən siyahıyaalınma və sorğu vərəqələri, təşkilati plan və ona dair məlumat formaları, onların doldurulmasına dair göstərişlər hazırlanaraq təsdiq edilib, zəruri sayda çap etdirilərək aidiyyəti üzrə çatdırılıb.

Rayon üzrə 8 siyahıyaalınma, 70 təlimatçı və 359 sayıcı məntəqə yaradılıb. Siyahıyaalınmaya hazırlıqla bağlı rayon üzrə 60 inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən məlumatlar doldurularaq Qəbələ Rayon Statistika İdarəsinə təhvil verilib.

Dövlət Statistika Komitəsi Qəbələ sakinlərini 1-10 oktyabr tarixlərində keçiriləcək əhalinin sınaq sıyahıyaalınmasında fəal iştirak etməyə çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar