Makedoniyada keçirilən referendum etibarsız sayıldı

Makedoniyada ölkənin adının Şimali Makedoniya Respublikası ilə dəyişdirilməsini nəzərdə tutan referendum baş tutmayıb.Virtualaz.org xarici Kİv-ə istinadən bildirir ki, bunu jurnalistlərə ölkənin Seçki Komissiyasının rəhbəri Oliver Derkoski deyib.

O bildirib ki, referendumda seçicilərin iştirakı 50 faizdən aşağı olub.

Qeyd edək ki, ölkənin prezidenti və Millətçilər Partiyası seçiciləri referendumda iştirak etməməyə çağırırdılar. Referendumu dəstəkləyən baş nazir Zoran Zaev isə səsvermədə iştirak edənlərin 90 faizinin ölkənin adının dəyişdirilməsinə tərəfdar olduğuna inandığını bildirib.

Xatırladaq ki, referendumun əsas məqsədi Yunanıstanın eyni adlı bölgəsi ilə yaranmış münaqişəyə son qoymaq və ölkənin Avropa strukturlarına daxil olmasına şərait yaratmaq idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar