ABŞ-da Azərbaycana hörmətsizlik - FOTO

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Azərbaycanın ərazi bütövülüyünə böyük hörmətsizlik nümayiş etdirilib.Musavat.com xəbər verir ki, həmin şəhərin "Merliend" adlı prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq "respublika"ya verdikləri ada uyğun olaraq "Arsax"adlandırılıb.

Bununla bağlı qərar isə bu ilin martın 14-də qəbul olunubmuş.Prospekt Uilson və Harvard küçələri arasında yerləşir.

Artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.

Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota təqdim etmişdi.

635x100

Şərhlər

Cəlal 2018-10-02 00:07:23

Belə hallarda ABŞ-yox,bizim XİN-ni və diaspor təşkilatlrını təqsirləndirmək doğru olar.Əgər onlar xaricdə heç olmasa ermənilər kimi işləsələr belə halla baş verməz!Bizimkilər biznes,mənimsəmə düşündüklərindən ölkənin imici yaddan çıxır ( bəlkə heç yada düşmür)Bundan əlavə kiminsə qohum-qudası olanları biliyindən,bacarığından , təhsilindən,təcrübəsindən asılı olmayaraq belə məsul yerlərə təyin edirlər.Buyur,bu da nəticəsi!Ona görə köklü dəyişikliklərə ehtiyac vardır.Yoxsa daha da pis olacaq.

Son yazılar