PREZİDENTİN BİABIRÇI ŞƏKİLLƏRİ YAYILDI! – Fransızlar «şok»da! +FOTOLAR

Dərc olunub: 02/10/2018 - 09:19

makron_

Fransa Prezidenti Emmanuel Makronun yarıçılpaq qaradərililərin kampaniyasında çəkilmiş şəkilləri sosial şəbəkələrdə gerçək emosiya fırtınası yaradıb.

Fransa lideri bu şəkilləri ötən il dağıdıcı «İrma» fırtınasından zərər çəkmiş Karib dənizindəki Sen-Marten adasına səfəri zamanı çəkdirib.

Şəkillərdə gülümsəyən və kostyum geyinmiş Makron kəmərinə qədər soyunmuş əzələli qaradərili oğlanlarla qucaqlaşıb, həm də fotoların birində yerli sakin orta barmağı ilə kameraya qeyri-etik bir jest göstərir.

873x400

Digər bir kadrda Fransa prezidentini, bədəninə kip oturmuş «mayka» və «tor triko» geyinmiş bir neçə oğlan əhatə edib.

«Biz, həyatın dibinə çatmışıq» – deyə, fransalı hüquqşünas Karim Ouçik kadrları şərh edir və bildirir ki, fotoşəkillər Makronun ölkə prezidenti vəzifəsini daşımaq iqtidarında olmadığını göstərir.

«Qanqster salamlaması, əla!» – deyə, Makronla poza verənlərdən birinin jestini istifadəçi Qabriel Robin belə qeyd edib – «Biz, hara qədər alçalmışıq… Fransa Respublikasının prezidentini qarşılayın…»

makron_qara_derili_-_hikmet_zeynalli...


loading...




Fikrinizi bildirin