Oqtay Əsədovun təşkil etdiyi dil kursunda müəllimə ödəniş edilməyib? - Açıqlama

Milli Məclisin payız sessiyasının dünən keçirilən ilk iclasında spiker Oqtay Əsədov qeyd edib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil olunub, amma millət vəkilləri buna laqeyd yanaşıblar:

“Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər. Həmin kursa 3-4 deputat qatılmışdı” - deyə, O.Əsədov bildirib.

Maraqlıdır, kursa qatılan deputatlar kimlər olub?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a bildirib ki, dil kursunu ingilis müəllimlər tədris ediblər:

“Sona qədər həmin kursda 3 deputat iştirak etdik. Qüdrət Həsənquliyev, Zahid Oruc və mən. Daha sonra müəllim kursa gəlməkdən imtina etdi. Müəllim ödənişi və ya başqa səbəbə görə problem çıxmışdı”.

Fazil Mustafa qeyd edib ki, deputatlar üçün ingilis dili kursu təxminən 2 il müddətinə həyata keçirilib:

“Həmin kursda yalnız Qüdrət Həsənquliyev, Zahid Oruc və mən sona qədər iştirak etdik”.

635x100

Şərhlər

S.H. 2018-10-02 12:00:53

Gozden perde asmaqa, her seyi sirelemeye yeqin ucunuz bessiz! Amma Siyaqusla,Receb de olsa idi ansambl hazir idi. Yerde qalan gelen seckiye yeqin ki, Niqodnidi!!!!!!! Azerbaycanca veziyyetimizi,guzaranimizi Sirelediz, indi de inqllisce hocceleyin. Deyin ki, xalq yaq-bal icindedi! Heyif ki, her seyi mehv etdiz. En esasi ----Xalqi! Ne qeder Yalan olar? Bunu sizlere kim oyredib?

Mİllət 2018-10-02 12:00:53

Maşallah!Əgər Milli Məclis bu gündədirsə,yəni it yiyəini tanımırsa,onda başqalarından nə gözləmək olar? Əşi deputatların biznesdən, monopoliyalarından vaxtları var ki,hələ dil öyrənməyə vaxt ayırsınlar?Onların dil nyinə gərək?Pul olsun! Yaxşı bəs Siyavuş niyə gəlməyib?Yəqin o beş-altı əcnəbi dil bilir! Elm, Doxdur adamdır.

Son yazılar