DƏHŞƏTLİ QƏZAYA GÖRƏ MƏSULİYYƏTİ KİM DAŞIYIR? - Narkoman sürücü, yoxsa "Azərbaycan Dəmir Yolları"? (VİDEO)

Məlum olduğu kimi, oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli qəza baş verib. Təxminən saat 14:00 radələrində 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo” markalı sərnişin avtobusu ilə qatar toqquşub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan 2 nəfəri - Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. 20 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ancaq hələ araşdırmanın nəticəsi elan olunmamış qəzaya görə avtobusun sürücüsü günahkar elan olunub. Ağır qəza törədən avtobus sürücüsünün narkoman olduğu, bundan əvvəl də qəza törətdiyi üçün həbsdə "yatdığı" bəyan edilib. Bununla, sanki kimlərsə hadisənin bütün məsuliyyətini sürücüyə "yükləmək" istəyir.  Əlbəttə, qəzada əsas günahkarın sürücü olduğu mübahisə doğurmur. Ancaq hələlik 2 nəfərin ölümü ilə (5 nəfər reanimasiyada ağır vəziyyətdədir-red.) nəticələnən bu dəhşətli qəzanın tək günahkarı sürücü deyil.

Həmin sürücünü işə götürən “Ayşən” MMC-nin rəhbərliyi də, qatarın hərəkəti zamanı yolun bağlanmasını təmin etməyən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin məsul şəxsləri də ən azı sürücü qədər məsuliyyət daşıyırlar. Bəlkə də kiminsə məsuliyyət payı hətta daha çoxdur, amma bunu istintaq üzə çıxarmalıdır.

Maraqlıdır ki, hadisdən sonra mətbuata açıqlama verən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".

Ancaq bu gün yayılan və qəzanın baş verdiyini anbaan əks etdirən videoda şlaqbaumun olmadığı görünür. Videoçəkilişdən açıq görünür ki, dəmir yoluna giriş şlaqbaumları bağlı olmayıb. Ən azı avtobusun hərəkət etdiyi istiqamətdə şlaqbaum görünmür. Ancaq qəribə də olsa "Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir.  Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova BakuPost-a açıqlamasında deyib ki, həmin görüntülərə baxış keçirilib. Amma görüntü keyfiyyətsiz olduğundan şlaqbaumun açıq və ya bağlı olduğunu müəyyən etmək mümkün olmayıb. O, şlaqbaumların nazik olduğunu qeyd edib: "Ona görə də uzaqməsafəli çəkilişdə şlaqbaumlar görünməmiş ola bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Araşdırma aparılır”.

Göründüyü kimi, videodan şlaqbaumun bağlı olmadığı açıq şəkildə göründüyü halda "Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir. Halbuki, bunu müəyyən etmək elə də çətin deyil. Hadisənin çoxsaylı şahidləri var, avtobusda 40-dan artıq sərnişin olub, onlardan öyrənmək olar.

İkincisi,  şlaqbaum bağlı olsaydı, yolda hərəkət edən avtomobillərdən ən azı biri orada dayanmış olardı. Ancaq videodan görünür ki, həmin yerdə digər avtomobillər qarşıda heç bir maneə görmədiklərindən  sərbəst hərəkət edirlər.

Üçüncüsü, şlaqbaum əgər bağlı olsaydı və hətta sürücü buna rəğmən avtobusu hərəkət etdirsəydi, şlaqbaumu qırıb keçməli idi. Ancaq videodan avtobusun asta sürətlə heç bir maneəyə toxunmadan hərəkət etdiyi aydın görünür.

Fikrimizcə, "Azərbaycan Dəmir Yolları” QSC-nin  şlaqbaumun bağlı olmamasını qəbul etməməsi heç də təsadüfi deyil.

Məsələ ondadır ki, şlaqbaumun bağlı olmaması qəzada "Azərbaycan Dəmir Yolları” QSC-nin də məsuliyyətini yaradır. Bu isə qəza zamanı həyatını itirənlərin, eləcə də xəsarət alanların, həmçinin avtobusun aid olduğu şirkətin  "Azərbaycan Dəmir Yolları” QSC-yə böyük həcmdə kompensasiya iddiaları qaldırmalarına əsas verir. Hətta Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə belə, beynəlxalq məhkəmələr Cavid Qurbanovun idarəsinə vətəndaşlara böyük həcmdə cərimə ödətdirə bilər. Baxmayaraq ki, heç bir cərimə itirilən həyatları geri qaytarmır.

Rasim

AzPolitika.info

 

635x100

Şərhlər

yengibar 2018-10-02 15:23:13

Bu yetim sürücü necə hallanıbsa, heç tormoz da vermir. Bir də burda nə var axı? Bu millət onsuz da batır, nə fərqi, rels üstündə ya asfalt üstündə, ya da ki, it yiyəsini tanımayan xəstəxanalarda, bərbad məktəblərdə! Cəmiyyət dəyişməlidir, tək kəmiyyəti ilə deyil, keyfiyyəti ilə.Bu xalq kimi məsuliyyətsiz ikinci xalq ola bilməz.

ayzek 2018-10-02 15:23:13

inkişaf etmiş ölkələrdə qatar gəlməmişdən əvvəl şlaqbaumlar avtomatik bağlanır.bunu alıb quraşdırmaq elə də çətin bir iş deyil.Baş vermiş qəzanın əsl səbəbi yenə də korrupsiyadır.

Rəhman Rzayevə 2018-10-02 15:23:13

Çəkilişin bu hissəsi avtobusdan başladığına görə ondan qabaq görünmür. Əgər avtiobcdan öndə avtomobil olsaydı o avtobusla qatar arasında qala bilərdi.DEməli sənin fərziyyən sıfır! Bəs o qalınlıqda və uzunluqda qolu olan şlaqbaum harada idi?İkinci tərəfdən keçidin yaxınlığında yolun solunda dayanacaq etmiş minik və yük avtomobillərindən hərəkətdə olan avtobus sürücüsü qatarın yaxınlaşdığını görə bilərdimi? Əgər şlaqbaum aşağı vəziyyətdə olsa idi onu həm sürücü görərdi, onun qolunun uzunluğu yolu tam bağlar

sürücü 2018-10-02 15:23:13

Bu hadisədə 100 % Dəmir yolu təqsirkardır.Baxın həmin marşrutun davamına diqqət edin.Qaladan Zirəyə,Artyoma gedən yolda avtomobillər üçün hrəkət sürəti 100 km/saat müəyyən olub.Bu yolun üzərindən də bu dəmir yolunun marşrutu keçir.Orada şlaqbaum v ya nəzarət postu varmı? BU keçiddə dəqəzalar baş verir və belə qoruyucu,nəzarət postu olmadığından bu keçiddə qəza baş verdikdə kim məsuliyyət daşımalıdır?Əlbəttə Dəmir yolu.Ancaq nədənsə həmişə avtomobil sürücüləri təqsirləndirilir.Yollara nəzarət edilməlidir!

TARİX 2018-10-02 15:23:13

BİZİM ƏN BÖYÜK BƏLAMIZ SƏRİŞTƏSİZ İNSANLARIN İŞ BAŞINDA OLMASIDIR.ATALAR DEYİB ,CÖRƏYİ VER CÖRƏCCKİYƏ BİRİNİ ARTIQ VER.ƏGƏR ŞLAQBAUM VAR İDİSƏ AVTOBUS ONU DAĞIDIB CECMƏLİ İDİ.DEMƏLİ ŞLAQBAUM YOLU BAĞLAMAYIB.AVTOBUSUN GÜNAHI OLUB YOL HƏRƏKƏTİ QAYDALARINA RİAYƏT ETMƏYİB.SÜRÜGÜLƏRİN SECİLƏRƏK İŞƏ GÖTÜRÜLMƏSİ GİDDİ NƏZARƏTƏ GÖTÜRÜLMƏLİDİR. HƏMİŞƏ NƏTİCƏLƏRLƏ MÜBARİZƏ APARIRIQ ,MÜBARİZƏNİ SƏBƏBLƏRLƏ APARMAQ LAZIMDIR.BELƏ OLMAZSSA BİZİ COX BƏDBƏXTLİKLƏR GÖZLƏYİR.SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN VERİLMƏSİ YOXLANILMALIDIR.

Sual 2018-10-02 15:23:13

Masinist cox gumanki 20,30 litr salyarka satif neyi var yukleyib. Axi demir yolunun salyarka sataninin basinda sefin sabiq komekcisi Anar durur.demir yolunun Muhafizesinde ise sefin sabiq can gudeni Mehdi dayanib. Bele olanhalda qeza qacilmaz ya...

Azer Mehdiyev 2018-10-02 15:23:13

Ejder pricom burda Cavid muellim!!!burda insan heyatindan daniwirlar corkin noyywtlerinizden el cekin!!!

Rehman Rzayev 2018-10-02 15:23:13

Hormetli azpolitika avtobusun qarwisinda mawin hereket etmir eksime olarag arxadan gelen mawinlara yol vermir!!!ikincisi lap slaqbaun yoxdur ,kesisen yollarda surucuye qabagcan xebardarlig nowani olurki qarwida demiryolu var ve surucu stop emeliuyatini en azindan muveqqeti dayanma emrini yetirmelisir!!!

EJDER 2018-10-02 15:23:13

BELI BU CAVID QURBANOVA ,,WOHRET,,ORDENI DUWDU./...MOLODES...

Son yazılar