SOCAR-ın vitse-prezidenti 2 nazirliyin nümayəndələrini tənqid etdi

"Vergilər və Maliyyə Nazirliyinin nümayəndələri iclasda oturub mühasibləri dinləməli idi".

"Azərbaycanda ilk dəfə beynəlxalq uçotun tələblərinə riayət edilməsi məsələsi SOCAR-dan başlayıb. Bunu biz yox, bizimlə işləyən, kredit üçün müraciət etdiyimiz maliyyə təşkilatları tələb edirdi".

Bunu, Bakıda keçirilən "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfransda çıxış edən SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

S.Qasımov SOCAR-dakı ilk yoxlamanın da iradlarla müşaiyyət olunduğunu deyib:

"O vaxt "Artur Anderson" adlı şirkət var idi. Onlar SOCAR-da yoxlama apardı, amma qərar verə bilmədilər. Çünki yoxlama nəticəsində 30 səhifəlik iradlar hazırlanmışdı".

SOCAR-ın rəsmisi Vergilər və Maliyyə Nazirliklərinin nümayəndələrinin hərəkətini tənqid edib:

"Bayaq burda Maliyyə Nazirliyindən Firuzə xanım və Vergilər Nazirliyindən Xaqani Abdullayev burada idi. Amma indi onlar buranı tərk edib. Əslində onlar burada əyləşib sizi dinləməli idilər".

S.Qasımov deyib ki, SOCAR 1997-ci ildə beynəlxalq mühasibatlıq standartlarının tətbiqinə keçib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar