FAZİL MƏMMƏDOV RƏSMƏN İSTEFA VERDİ - Azərbaycan Universiteti də kurasiyasından çıxarılır

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.  "Report"un məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb.

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

Bu arada yayılan məlumata görə, Azərbaycan Universitetinin də Fazil Məmmədovun kurasiyasından çıxarılacağ gözlənilir.  Bu haqda unikal.org  məlumat yayıb. Məlumatda iddia edilir ki, Azərbaycan Universiteti yüksək ranqlı məmurlardan birinin idarəçiliyinə keçəcək.

Bu halda Azərbaycan Universitetinin idarəçiliyində olan Fazil Məmmədovun yaxın qohumlarının da işdən çıxarılacağını gözləmək olar.  Məlum olduğu kimi, universitetin gənc rektoru olan Səadət Əliyeva sabiq nazirin bacısı qızıdır. Onun, eləcə də sabiq nazirlə qohumluq əlaqələri olan "Xarici dillər" kafedrasının professoru Azad Məmmədovun, Müasir Təhsil Kompleksinin tədris məsələləri üzrə müşaviri Anar Məmmədovun da işdən çıxarılacağı gözlənilir.

Saytın məlumatına görə, 2017-ci ilin may ayında Fazil Məmmədovun "Nəsimi bazarının" yaxınlığında- Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71 ünvanında yerləşən keçmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Azərbaycan Universitetinə verdiyi inzibati bina ilə bağlı da araşdırma aparılır. Keçən ilə qədər Vergilər Nazirliyinin balansında olan binanın Azərbaycan Universitetindən alınması ilə bağlı lazımı prosedurlara başlanıldığı bildirilir.

AzPolitika.info

635x100

Şərhlər

kasıb 2018-10-02 19:04:29

Miyardlar,milyardlarrrrrrrr! 20 ildir məmurlar millətə divasn tutur. Axırda yəqin məlub olub ki?

Son yazılar