Nazirlik balıq ovuna görə dövlət rüsumlarını açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kvota və balıqovlama biletinin qiymətlərini açıqlayıb.

Virtualaz.org ETSN-in mətbuat xidmətinə istinadən bildirir ki, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir.

Ovu qadağan edilən balıq növləri açıqlandı

Bir ton balıq ovuna icazə alınması üçün kütüm, şamayı, xəşəm, xərçəngkimilər üçün 287, çəki, sıf - 230, siyənək üçün 143,75, kilkə üçün 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilir.

Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidirlər. Kvota və balıqovlama bileti nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.

Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli, 613 nömrəli qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar