Azərbaycanın qadın şahmatçıları Gürcüstanı məğlub edib – Olimpiada

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib. 

“Report” xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb – 2,5:1,5.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.

Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.

Gürcüstan – Azərbaycan – 1,5:2,5

Salome Meliya – Günay Məmmədzadə – 0:1

İnqa Çarxalaşvili – Zeynəb Məmmədyarova 1:0

Sofio Qvetadze – Xanım Balacayeva – 0:1

Sopiko Xuxaşvili – Gülnar Məmmədova – 0,5:0,5

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar