Özbəkistanın Baş Prokurorluğu: Gülnarə Kərimova cəzasını çəkir

Özbəkistanın ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova məhkəmənin hökmünə əsasən cəzasını çəkir.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğundan bildirilib.

Qeyd edək ki, ötən gün G.Kərimovanın qızı İman Kərimova “Instagram”dakı səhifəsində 29 sentyabr tarixli İstanbul - London aviareysinin minik qəbzinin fotoşəklini yerləşdirərək “anam indi evdədir” yazıb.

Daha əvvəl Baş Prokurorluğun nümayəndəsi İman Kərimovanın Özbəkistanı maneəsiz tərk etdiyini təsdiqləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar