“Əmlakın qeydiyyatı gostəricisinə görə Avropa ölkələrini qabaqlamışıq” – Əmlak Komitəsinin sədr müavini

Dərc olunub: 02/10/2018 - 22:44

15384675014694516717_1000x669

Bu gün vətəndaş cəmiyyəti institutlarının təşkilatçılığı ilə Azərbaycan Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması (AAHP) çərcivəsində “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib.

İctimai dialoqda 30-dan çox ictimai birliklərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, Asiya İnkisaf Bankının, Amerika Ticarət Palatasının nümayəndələri və ekspertlər iştirak edib.

Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının fəaliyyətində iştirakının təmin edilməsinin əhəmiyyətli olduğunu vurğulayaraq bildirib: “Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən yeniliklər müzakirə obyektidir. Dialoqda əsas məqsədlərdən biri də, vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin qurulması, ictimai muzakirələrin aparılması və daşınmaz əmlak sahəsi ilə əlaqədar həmin institutların, aparıcı alim və mütəxəssislərin tövsiyyələrinin toplanması və birgə ideya bankının yaradılmasıdır”.

45

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov qeyd edib ki, komitə tərəfindən dasınmaz əmlakın qeydiyyatında şəffafliğın təmin edilməsi məqsədilə qeydiyyatın sadələşdirilməsi üçun qanunvericilikdə bir sıra dəyişikliklər edilib. ƏMDK daşınmaz əmlakın qeydiyyatı prosedurlarının azaldılması, çevikliyin təmin edilməsi uçün elektronlaşma prosesini həyata keçirir, innovativ və sosial layihələr reallaşdırılır. “Görülən işlərin nəticəsi kimi Azərbaycan “Doing Business 2018″ hesabatında əmlakın qeydiyyatı gostəricisinə görə son iki il ərzində Avropa ölkələrini qabaqlayaraq, ön sıralarda qərarlaşıb. Daşınmaz əmlak uzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması sahəsində qanunvericiliyin təkmilləşdirilnəsi”, “Daşınmaz əmlakın qeydiyyatında elektron xidmətlər, innovasiyalar və vətəndaş məmnunluğu” mövzusunda ictimai təqdimatlar olub. “Daşınmaz əmlakın dovlət reyestri haqqında” qanunun təkmilləşdirilməsi, müddətlərin və prosedurların azaldılması, fərdi yaşayış evlərinin qeydiyyatının sadələşdirilməsi bu sahədə dinamikliyi artırıb. Komitə tərəfindən istifadəyə verilən 39 elektron xidmətin 26-sı daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Ümumilikdə komitənin elektron xidmətlərindən 804 min dəfə istifadə olunub. Ölkədə ilk dəfə olaraq mülkiyyət üzrə çıxarışlar elektron formada 1 iş gunündə verilir. Belə ki, 3 prosedur 1 addımda həyata keçirilir. Hazırda 8 minə yaxın elektron çıxarış sahibi var. Novbəti yenilik kimi isə Əmlakın Qeydiyyatı Kalkulyatorunun istifadəyə verilməsi, çoxmərtəbəli yaşayıs binalarında mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləsdirmək mümkün olacaq. Vətəndaş cəmiyyətinin işini sadələşdirən və xidməti birbaşa ünvanlara çatdıran sosial layihələr - “Kütləvi Çixarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası genişlənməkdədir. ƏMDK-də vətəndaş məmnunluğunu öyrənməyə imkan verən əks zəng sistemi də yaradılıb. Yaxın zamanda daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə Əmlak Xidmətləri Məkanı fəaliyyət göstərəcək”.

Sonda Rafiq Cəlilov və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov Vətəndas cəmiyyəti institutlarının nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Kəmalə Kərimli










loading...


Fikrinizi bildirin