ABŞ Məxfi Xidməti Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib

ABŞ Məxfi Xidməti oktyabrın 1-də prezident Donald Trampa ünvanlanan şübhəli zərfi ələ keçirib.

Trend-in məlumatına görə, bu barədə ölkə başçısının təhlükəsizliyinə cavabdeh olan təşkilatın yaydığı məlumatda deyilir.

Məlumatda deyilir: "Məxfi Xidmət 2018-ci ilin oktyabrın 1-də prezidentə ünvanlanan şübhəli zərfin alınmasının təsdiq edir. Zərf Ağ Evdə alınmayıb və ora heç vaxt düşməyib".

Daha öncə məlum olub ki, gənəgərçək izləri ilə iki şübhəli zərf Pentaqona göndərilib. Onların müdafiə naziri Ceyms Mettis və ABŞ HDQ-nin hərbi dəniz əməliyyatlarının rəhbəri Con Riçardsona göndərildiyi bildirilir.

Məxfi Xidmət hüquq-mühafizə orqanları ilə birlikdə insidenti araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar