"Qarabağ" - "Arsenal" matçı üçün satılan bilet sayı 55 minə çatıb

Avropa Liqasında "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar