AÇG layihəsindən 136 mlrd. dollara yaxın gəlir

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından ümumilikdə 7,401 mlrd. dollar daxil olub.

“Report” bu barədə ARDNF-a istinadən xəbər verir.

Bu məbləğin 115 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il oktyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,887 mlrd. dollar gəlir əldə olunub.

Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar