Ermənistan parlamentində iclas keçirmək üçün yetərsay alınmayıb

Ermənistan parlamentinin növbəti toplantısını keçirmək üçün yetərsay alınmayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin sədri Ara Babloyan bildirib.

O, deputatların yığışmasını gözləməyi təklif edib. Spiker deyib ki, hazırda iclas zalında 41 deputat var.

İclasın başlaması üçün toplantıda 53 deputat iştirak etməlidir.

Qeyd edək ki, Ermənistan parlamentinin 105 üzvü var.

Oktyabrın 2-də Ermənistanın baş naziri Niklo Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı görüşlər keçirib. O, bu siyasi kampaniaynın dekabrın 3-dək keçirlməsini təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar