ERMƏNİSTANDA YENİDƏN ARA QARIŞDI - Parlament Paşinyanın təklifini rədd etdi

Ermənistanın Milli Məclisində təmsil olunan 4 partiya qrupundan üçü ölkədə növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsini təklif ediblər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, parlamentin iclasında Respublikaçı Partiyası, Daşnaksütyun Partiyası, Firavan Ermənistan Partiyasının üzvü olan millət vəkilləri parlament seçkilərini baş nazir Nikol Paşinyanın istədiyi kimi bu ilin dekabr ayında yox, 2019-cu ilin may ayında keçirilməsini məqsədəuyğun hesab ediblər.

Belə olsa, adıçıkilən partiyalar baş nazir vəzifəsinə namizəd irəli sürməməyə razıdırlar. Yalnız N.Paşinyanın təmsil etdiyi Vətəndaş Müqaviləsi Partiyasının, İşıqlı Ermənistan Partiyasının, əvvəlki baş nazir Aram Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının yaratdığı “Elk” qrupu seçkiləri bu ilin sonunadək keçirilməsini qəbul edirlər.

635x100

Şərhlər

İşsiz 2018-10-03 15:49:20

Qudrət bəy dediyi kimi bu Paşiniyan da hərəkətləriylə,saqqalının rəngiylə,formasiyla bizim keçmişdəki muxalifət Liderlərinin ədasını oxşadır.

Son yazılar