“O, VƏTƏN XAİNİDİR, ƏCLAFDIR!...” - Putin Skripala olan nifrətini gizlədə bilmədi

"AzPolitika" xəbər verir ki, Rusiyada enerji forumunda iştirak edən prezident Vladimir Putin İngiltərədə zəhərlənmiş və böyük siyasi qalmaqala səbəb olmuş Sergey Skripal barəsində danışıb.

Rusiya prezidenti çıxışı zamanı ölkəsində polkovnik rütbəsinə qədər yüksəlmiş, sonradan isə İngiltərə xüsusi xidmətlərinə işləmiş kəşfiyyatçıya olan nifrətini gizlədə bilməyib: "Görürəm ki, bəzi informasiya mənbələri cənab Skripalı az qala hüquq müdafiəçisi kimi sırımağa çalışırlar. Ancaq o, sadəcə casusdur, vətən xainidir, başa düşürsünüz? O, sadəcə əclafdır!"

Prezident həmçinin deyib ki, xüsusi xidmət orqanları arasındakı savaş, mübarizə yeni hadisə deyil: “Məlum olduğu kimi, casusluq və fahişəlik dünyadakı ən vacib peşələrdəndir...”

Putin xatırladıb ki, Skripal Rusiyada vətənə xəyanət ittihamı ilə 5 il həbsdə yatıb: "Biz onu buraxdıq, vəssalam. O, getdi və bəzi xüsusi xidmət orqanlarına məsləhətlər verməkdə davam etdi, nə olsun?"

Bundan əvvəl isə V.Putin ümumiyətlə, Skripal ətrafındakı "yaradıcı dedi-qodunu" yığışdırmağı təklif etmişdi.

Xatırladaq ki, rəsmi Moskva dəfələrlə inkar etsə də, İngiltərə hüquq-mühafizə orqanları davamlı olaraq, S.Skripalın Solsberi şəhərində zəhərlənməsində Rusiya xüsusi xidmət orqanlarının əlinin olduğunu iddia edib. Və hadisəni törətməkdə günahkar bildiyi şəxslərin kimliyini də ortalığa çıxarıb.

CƏLAL

635x100

Şərhlər

Arif 2018-10-03 17:34:13

Atalar misali var : " KECHEL BAXAR GUZGUYE, ADINI QOYAR OZGEYE... Azerbaycan xalqi deqiq bilir, bu KECHELLER KIMDIR..... Bu tipli KECHELLER, heyatda daimi olmayacaqlar.....!!!!! Xalq OZ IRADESINE HOKMEN INANMALIDIR ve HAMI BIRLESHMELIDIR ki, INSANLIQA LAYIQ - NORMAL HEYAT TERZI ILE YASHAMAQA NAIL OLSUN !!! Insanlar, sizin xoshbextliye nail olmaq ACHARI - SIZDEDIR, buna tam inanin !!!

G.M 2018-10-03 17:34:13

Gəlin sualı belə qoyaq..``Putin özü kimdir``

Əsəd 2018-10-03 17:34:13

Bir insan kimə görəsə medal alıb qəhrəman, lakin öz ölkəsinə görə vətən xaini ola bilər. Putin ilə 100% razıyam: "Ancaq o, sadəcə casusdur, vətən xainidir... Məlum olduğu kimi, casusluq və fahişəlik dünyadakı ən vacib peşələrdəndir…”. Təəssüf ki hazırda bizim ölkədə də belə insanlar az deyil. Sadəcə zaman gələndə hər bir əməl üzə çıxacaq. İndiki halda bizim gözləməkdən başqa heç bir şeyə gücümüz çatmır...

t.ədalət 2018-10-03 17:34:13

Skripal məsələsi Rusiya hökumətinin nə qədər qəddar və təhlükəli olduğuna sübutdur.

Son yazılar