"Ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır" - Peskov

"Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir".

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.

D.Peskov deyib ki, iki ölkə arasında çoxşaxəli münasibətlər var: "Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz. Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar