Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat - FOTOFAKT

Oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 1 məktəbli öldü, 34 nəfər isə xəsarətlər aldı. Xəsarət alanlardan 6-nın vəziyyəti ağır olaraq qalır.

Hadisə baş verdikdən sonra aparılan araşdırmalarda avtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Şıxəliyev Əlixan Əlibaba oğlunun narkoman və keçmiş məhkum olması üzə çıxdı.

Qəza törədən avtobusun sürücü ilə bağlı musavat.com-a daha bir ilginc məlumat daxil olub. Belə ki, oktyabrın 1-də 160 saylı marşrutla hərəkət edən 10 TG 106 nömrə nişanlı avtobusa yol vərəqəsi tamamilə başqa bir şəxsin adına yazılıbmış. Yol vərəqəsinə baxdıqda məlum olur ki, həmin gün bu avtobusu idarə etmək üçün yol vərəqəsi Mahmudov Elşən Spartak oğlunun adına yazılıb. Həmçinin, həmin gün tibbi müayinə arayışı da Elşən Mahmudovun adına yazılıb. Avtobusu isə qeyri-qanuni şəkildə, yol vərəqəsi olmadan Əlixan Şıxəliyev idarə edib və məlum dəhşətli qəzanı törədib.

avtobusun sürücüsü binə ile ilgili görsel sonucu

Qeyd edək ki, avtobuslarla bağlı reydlər keçirilən zaman əvvəllər də bu kimi hallar dəfələrlə aşkarlanıb. Yəni yol vərəqəsi bir adamın adına yazılır, ancaq avtobusu sürücülük hüquqi belə olmayan şəxslər idarə edirlər. Bu özbaşınalığın daha bir acısını da insanlarımız oktyabrın 1-də yaşadı. Yəqin bu məlumat hüquq mühafizə orqanlarında da var. İnanırıq ki, insan ölümü ilə nəticələnən bu cür qanunsuzluğa yol vermiş şəxslər müvafiq şəkildə cəzalandırılacaqlar. (musavat.com)

635x100

Şərhlər

nəqliyyatçı 2018-10-03 20:52:59

Ən böyük təqsir Azərbaycanda sərnişin daşımalarını şəxsi əllərə verənlərdədir.Bu gəlir xatirinə belə məsul-insan həyatı- işi müxtəlif naşı insanlara tapşırmaq,sərnişin nəqliyyat sistemini parçalamaq,avtbusları nəzarətdən kənarlaşdırmaq və nəhayət marşrutları bölüşdürüb satmaqdır. Bir göstərilən sənədə diqət edin: bir aylıq yol vərəqəsi verilib.Deməli bu sürücü və avtobus ayda bir dəfə sahibi ilə hesablaşır.Sürücü gündəlik tibbi müayinədən.avtobus isə gündəlik baxışdan keçmir.Ona görə hadisələr baş verir.

veten dashi 2018-10-03 20:52:59

Niyə bu marşurutun sahibinin adını cəkən yoxdu.Coxmu böyuk sıshkadı...O birisindən 1 gundə marşurutu aldılar BucBus -a verdilər.107 ,131 və 186 marşurutlarına yeni sahibkar tapmağın da vaxtı catıb.

EJDER 2018-10-03 20:52:59

EWWI DEREBEYLIKDI,ESAS INKIWAFDU .EJDER OL CANI

Son yazılar