Azərbaycanlı teleaparıcı Rusiyada ali mükafata layiq görülüb

Əslən azərbaycanlı olan jurnalist Nailə Əsgər-zadə çərşənbə günü "Luçşiy intervüyer" ("Ən yaxşı müsahibə götürən") nominasiyasında "Veçerni praym" kateqoriyasında yüksək nailiyyətə görə verilən TEFİ telemükafatına layiq görülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, mükafatın təqdimetmə mərasimi çərşənbə günü axşam Moskva Müzikl Teatrında baş tutub.

"Bizim ["Nailə Əsgər-zadə ilə çalışqan şəxslər"("Deystvuyuşiye litsa s Nailey Asker-zade")] verilişinin üç yaşı var. Biz bu verilişə başlayanda, belə çətin olacağını düşünmürdük. Ən çətini qəhrəmanları tapmaqdır. Çünki onlar biznesin, siyasətin və digər sahələrin əsas aparıcı simalarıdırlar", - deyə o bildirib.

N.Əsgərzadənin sözlərinə görə, qəhrəmanlar qeyri-adi vəziyyətlərə düşürlər:

"Onlar bizimlə ölkənin ucqar nöqtələrinə getməli, mədənlərə düşməli, at çapmalı, musiqi alətlərində ifa etməli və bəzən bir neçə dubl çəkilməli olurlar. Onlar göstəriş verməyə vərdiş ediblər, bizdə isə komandanı rejissor verir".

TEFİ, əsası 21 oktyabr 1994-cü ildə "Rusiya Televiziya Akademiyası" Fondu tərəfindən qoyulan televiziya sənəti sahəsində yüksək nailiyyətlərə görə verilən milli televiziya mükafatıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar