ABŞ Rusiya raketlərini məhv edəcəyi ilə hədələyir! - «Əks halda...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) «Qısa və orta mənzilli raketlərin qadağan olunması barədə Müqavilə»nin pozulmasına gətirib çıxaran Rusiya raket silahlarını məhv edə bilər.

Bu barədə dünən ABŞ-ın NATO-dakı səfiri Key Beyli-Hatçinson bəyan edib və Rusiyanı qadağan olunmuş raket silahları işləyib-hazırlamaqdan çəkinməyə çağırıb («Röyter»).

Onun sözlərinə görə, əks halda ABŞ hərbçiləri Rusiya raketlərini hələ fəaliyyətə başlamazdan əvvəl məhv etməyə çalışacaqlar.

«Biz, istənilən müttəfiq dövləti təhdid edən raketləri məhv etmək imkanlarına baxırıq» - deyə, xanım səfir bildirib.

Sözügedən müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında bağlanıb və uçuş məsafəsi 500 kilometrə qədər olan yerüstü raketlərin yaradılmasını və istifadəsini qadağan edir. Son vaxtlar ABŞ dəfələrlə Rusiyanı bu sənədin şərtlərini pozmaqda günahlandırıb. ABŞ tərəfin fikrincə, Rusiya qadağan olunmuş həmin sistemlərlə Avropaya ildırım sürətli nüvə zərbəsi endirə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar