“Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir” - Hikmət Hacıyev

Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabr ayında Soçidə və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir.

Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, dövlət başçılarının etimada və dostluğa əsaslanan səmimi dialoqu və müntəzəm görüşləri tərəfdaşlıq əlaqələrinin hərtərəfli inkişafında xüsusi çəkiyə və əhəmiyyətə malikdir.

"Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımdan yeni perspektivlər və imkanlar vəd edir. Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

635x100

Şərhlər

t.ədalət 2018-10-04 14:13:05

Rusiya Azərbaycanı Kırımın gününə salmaq üçün Dağıstan sahilində hərbi baza yaratmaqla məşğul ikən,bizimkilər də əlaqələrin inkişafından dəm vururlar.Rusiya hərbiçiləri mövqelərimizi dağıtmaq,əsgərlərimizi qətl etmək üçün Dağlıq Qarabağda ermənilərlə birlikdə taktiki təlim məşqi kediyi məqamda bizimkilər dostluqdan danışırlar.Tanrı bizi Rusiyanın fitnəsindən qorusun!

pıs-pısa 2018-10-04 14:13:05

O qədər uğurludur ki, Qarabağ məsələsi dönüb olub arabanın beşinci təkəri!!!

Son yazılar