RÜFƏT ASLANLI VƏZİFƏSİNİ İTİRDİ! - MBNP-nin Direktorlar Şurası ləğv olundu

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. “Report” xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.

Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

"AzPolitika.info" xatırladır  ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı idi. Sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur. 

Prezidentin qərarı ilə Rüfət Aslanlı və digər adları çəkilən şəxslər faktiki olaraq vəzifələrini  itiriblər.

Qeyd edək ki,  Rüfət Aslanlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun kadrı sayılır. Təsadüfi deyil ki, 1970-ci ildə Bakı şəhərində anadan olan Rüfət Aslanlı uzun müdət Mərkəzi Bankda fəaliyyət göstərib. O, 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995- ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2008-2016-cı illərdə isə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib.

Onu da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur. Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən yeni nizamnamədən sonra İbrahim Alışov Palatanın tam səlahiyyətli  rəhbərinə çevrilib. 

Rasim

 AzPolitika.info

635x100

Şərhlər

Müəllifin adı 2018-10-04 18:31:28

DAVUD, yerine kim gelecek?

Həbibə 2018-10-04 18:31:28

Axı yeni nizamnamə ilə baş icraçı direktor vəzifəsi də ləğv olunub? Təyinatları gözləmək lazımdır.

Vahid 2018-10-04 18:31:28

Maraqlı insanlar var.Rüfət Aslanlı barədə niyə narahat olursunuz? Onu işsiz qoymazlar,narahat olmayın.O da sırv Azərbaycanlı deyil ki?

Türkoğlu 2018-10-04 18:31:28

Davud abi...“bilirəm kimiyəm”...hələ bilmək deyil, belə xəmirlər çox su aparır....))))))))

DAVUD 2018-10-04 18:31:28

yerinə kimin gələcəyini mən bilirəm kimiyəm.

********* 2018-10-04 18:31:28

Belə birliklərin yaradılması, belə anlaşmalar – artıq başlanmış aqoniyanın şiddətlənməsi idi, məntiqi sonluqla da bitdi. Bax - https://ru.oxu.az/economy/190021

2+2=4 2018-10-04 18:31:28

Ölkədə makromaliyyə sabitliyinin əsası bank sektorudur, sabitliyin bir qurum, bank sektorunu başqa qurum tərəfindən tənzimlənməsi hansı ağlın məhsuludur – çox maraqlıdır….)))))))))))) Əgər məzənnə siyasəti ölkədə bir istiqamətdə müəyyənləşibsə, ona müvafiq də makroprudensial normativlər hazirlanmalı və onlara nəzarət həyata keçirilməlidir. Belə olmazsa qurumlar arasında daima maraqların konflikti yaranacaq. Bu konflikt yaranmış sistemin əsasındadır, nəticəsi isə risklər və səmərəlilik probleminin həll oluna bilməməsidir, təəssüfki.

Gedebeyli 2018-10-04 18:31:28

Ermeni esilinin biride bele getdi cox ....ozunun adina serab istehsal 3dirdi fransada.hele otelleri ve ya marketinq sixorta bank sirketlerini de eli den alsalar daha layiqli olar.

Araz 2018-10-04 18:31:28

Vayyyyy. O da ...? Görəsən bir toxumluq Azərbaycalı məmur deputat varmı?

Son yazılar