ETSN-də bir qrup karxana istismarçısı və sahibkarı ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qoyulan tələblərdən narazı olan bir qrup karxana istismarçısı və sahibkarı oktyabrın 4-də Nazirliyə müraciət edib.

ETSN-dən "Report"a verilən məlumata görə, onlar nazir müavini və digər məsul şəxslər tərəfindən qəbul edilib.

Qəbul zamanı mübahisəli məsələlərə aydınlıq gətirilib, karxana istifadəçilərinin bir daha nəzərinə çatdırılıb ki, istismar zamanı ekoloji normalara, tullantıların düzgün idarə olunmasına, ətraf ərazilərdə yaşayan sakinlərə və ətraf mühitə ziyan vurmadan müasir avadanlıqlardan istifadə edərək fəaliyyətlərini qursunlar. Bir daha onlara bildirilib ki, müvafiq icra hakimiyyətindən torpaq ayırmaya dair sərəncam almalı, ekoloji və geoloji sənədlərini qaydaya salmalıdırlar.

Qeyd edək ki, əksər karxana istifadəçiləri müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan və ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar