"Astana" komandası Avroliqada sensasiya edib - VİDEO

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində II turun ilk oyunu keçirilib. "Report"un məlumatına görə, Qazaxıstan "Astana"sı Fransanın "Renn" klubunu qəbul edib. "Astana Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Baktiyor Zaynutdinov 64-cü, Marin Tomasov isə 90+1-ci dəqiqədə vurub.

Qalib komandada Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 63-cü dəqiqəyədək meydanda olub. "Qarabağ"ın daha bir sabiq futbolçusu Pedro Enrike isə sonadək meydanda olub. O, 89-cu dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində xallarını 4-ə çatdıran "Astana" K qrupunda liderliyə yüksəlib. 3 xalı olan "Renn" isə 2-ci pilləyə enib. Qrupun digər oyununda xalsız "Yablonets" Çexiyada 1 xala malik Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək.

Mətndə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar