Avropa Liqası: “Qarabağ” sensasiya edə bilmədi - NƏTİCƏ

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, qonaqların heyətində Sokratis Papastathopoulos (4-cü dəqiqə), Smith-Rov (53-cü dəqiqə) və Metteo Genduzi (80-ci dəqiqə) fərqləniblər: "Qarabağ"-"Arsenal": 0:3

E qrupunun digər matçında Ukrayna “Vorskla”sı evdə Portuqaliyanın “Sportinq” kollektivini qonaq edib. Oyun lissabonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb

Bu nəticələrdən sonra “Arsenal” və “Sporinq” 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan “Vorskla”la ilə “Qarabağ” 3 və 4-cü pillələrdə qərarlaşıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar